Xəzərdəki faciə yerindən FOTO

15 Aralık 2016
1 772
0
Xəzərdəki faciə yerindən FOTO
Xəbər verdiyimiz kimi dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakada uçub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "Vixr-5" və "Vixr-8" gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Svetlomor-2" gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator
Onlardan Cavid Bəhrəmov və İlham Qafarovun meyiti sudan çıxarılıb.

Feat.Az modern.az-a istinadən hadisə baş verən platformadan fotoları təqdim edir:

Xəzərdəki faciə yerindən FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.