WhatsApp-dan möhtəşəm yenilik: Göndərdiyiniz mesajı iki tərəfli silə biləcəksiniz!

15 Aralık 2016
3 379
0
WhatsApp-dan möhtəşəm yenilik: Göndərdiyiniz mesajı iki tərəfli silə biləcəksiniz!
İstifadəçilərini həddindən artıq sevindirəcək bir yeniliyi daha gətirmək üzrə olan WhatsApp, səhvən göndərilən mesajların silərək, dəyişdirdikdən sonra təkrar göndərilməsinə şərait yaradacaq.

2016, WhatsApp üçün olduqca sıx keçdi. İstifadəçilərin ən çox gözlədiyi xüsusiyyətlərdən olan videozəng, bir müddət əvvəl tətbiqə əlavə edilmişdi. Hardasa hər gün kiçik-kiçik yenilənmələrin göndərildiyinə şahid olduğumuz WhatsApp, yaxında çox gözlənilən bir xüsusiyyəti daha əlavə edəcək.

WhatsApp-dan möhtəşəm yenilik: Göndərdiyiniz mesajı iki tərəfli silə biləcəksiniz!

Hələki iOS istifadəçilərinin yararlanacaqları bu yenilik ilə tətbiq üzərindən istənmədən ya da səhv şəxsə atılan mesajlar ləğv edilə bilinəcək, hətta dəyişdirilib yenidən göndərilə bilinəcək. İstifadəsi isə olduqca sadədir: Göndərdiyiniz mesajın üstünə basılı tutun və "Ləğv Et” (Revoke) deyin.

2.17.1.869 nömrəli beta versiyasında ortaya çıxan və yaxın zamanda xidmətə başlayacaq olan bu xüsusiyyət sadəcə yazıları deyil, göndərilən videoları da əhatə edir. WhatsApp, sözügedən xüsusiyyətin gizli olması səbəbindən və hələki test mərhələsinin bitmədiyinə görə bir açıqlama vermir. Buna görə də uyğun məlumat, çox güman ki beta versiyasından çıxdıqdan sonra veriləcək.

Əvvəlcə iOS istifadəçilərinə xidmət göstərəcək bu yenilik yaxın zaman sonra Android platformasına da daxil olacaq.
technote.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.