XƏBƏRDARLIQ: Bu dərman 13 nəfəri öldürdü

17 Aralık 2016
1 462
0
XƏBƏRDARLIQ: Bu dərman 13 nəfəri öldürdü
Güclü ağrıkəsicilərdən hesab olunan “Fentanyl” ticarət adlı dərman 13 nəfərin ölümünə səbəb olub.

Feat.Az xəbər verir ki, Kanadanın Britiş Kolumbiya əyalətində bir neçə gün ərzində bu dərmanı qəbul edən 13 nəfər ölüb.
İlkin araşdırmalar zamanı bəlli olub ki, həmin şəxslər normadan artıq dozada dərman qəbul edib. Bələdiyyə sədri George Robertsonun açıqlamasında həmin şəxslərin narkotik aludəçisi olduqlarını və ona görə də həddən artıq dərman qəbul etdiklərini deyib.
Bələdiyyə sədri bölgədə təkcə keçən ay yüksək dozada “Fentanyl” qədul etdiklərinə görə 35 nəfərin öldüyünü açıqlayıb. O, narkotik aludəçilərinin müalicəyə ehtiyaclarının olduğunu deyib.Bununla bağlı ölkə səhiyyə təşkilatı və aidiyyəti qurumlara müraciət edib.
Polisin məlumatına görə, bu ilin yanvar-noyabr aylarından Çindən gətirilən saxta “Fentanyl” səbəbindən 657 nəfər ölüb.
Qeyd edək ki, bu dərman 1950-ci ildə ilk dəfə Belçika tibb elmi tərəfindən kəşf edilib. Morfindən 80 dəfə daha güclüdür.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.