Azərbaycanlı oğlan öz həmcinsi ilə evləndi

19 Aralık 2016
2 180
0
Azərbaycanlı oğlan öz həmcinsi ilə evləndi
Nəfəs LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyev Almaniyada ailə həyatı qurur.

Azərbaycanlı homoseksualla almaniyalı həmcinsinin nikah mərasimidir. Bu barədə C. Nəbiyev bir neçə gün əvvəl özü də məlumat verib:"Nikah dairəsində gün təyin etməliyik. Amma mövzumuz odur ki, evlənəndən sonra kim kimin soyadını götürəcək?”

O evlənəcəyi şəxsin cinsini soruşanlara isə "kişi” cavabını verib.

Eynicinslilərin nikahı xeyli əvvəl baş tutmalıymış. Lakin C.Nəbiyevin sənədlərindəki çatışmazlıq buna maneə olub. Almaniyadaki aidiyyəti qurum ondan subaylıq haqqında arayış tələb edib. Nəbiyev isə bu arayışı Azərbaycandan ala bilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Cavid Nəbiyev Azərbaycanda öz həmcinsi ilə nişanlanmışdı. Onların nişan xəbəri ictimailəşəndən sonra isə sevgililər ciddi təzyiqlərlə üzləşmişdi. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalaraq, Türkiyəyə üz tutmuşdular. Daha sonra isə C. Nəbiyev Almaniyaya yollanaraq orada yaşamağa başlayıb.

Azərbaycanlı oğlan öz həmcinsi ilə evləndi

Azərbaycanlı oğlan öz həmcinsi ilə evləndi

Azərbaycanlı oğlan öz həmcinsi ilə evləndi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.