Ukrayna Ordusu daha bir şəhəri separatçılardan azad edib
Bu gün Ukrayna Ordusu Donetsk vilayətinin Jdanovka şəhərini separatçılardan azad edib.
APA-nın “ukrinform.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Facebok” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
Ukrayna Ordusu separatçıların nəzarətində olan digər yaşayış məntəqələrinin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.