Nokia və Apple arasında patent döyüşü başladı

22 Aralık 2016
1 468
0
Nokia və Apple arasında patent döyüşü başladı
Ağıllı telefon bazarına geri dönmək iddiasındaa olan Nokia ilə Apple arasında yeni “müəlliflik hüququ” böhranı yaşanır.

Feat.Az xarici mətbuata istinadən xəbər verir ki, Bir tərəfdə uzun illər sonra ağıllı telefon bazarına daxil olan Nokia, digər tərəfdə sektorun liderlərindən Apple şirkəti fərqli ölkələrdə bir-birlərindən şikayətçi olaraq yeni bir patent döyüşü başladıblar.
Apple 21.12.2016 tarixində ABŞ-ın Kaliforniya əyalətində reallaşdırdığı müraciətində Apple-ın Nokia-nın patentlərinə ödəmə etdiyini və şirkətin bu patentlərdən əlavə ödəmələr almaq üçün cəhd etdiyini vurğulayıb.

İstehsal etdiyi telefonlarla brend olan və mobil telefon sahəsində bir çox patentin də sahibi olan Nokianın Apple-a cavabı gecikməyib. Şirkət bugün Apple-a qarşı ilk addımını atıb.
Nokia, ABŞ və Almaniyada etdiyi müraciətlərlə iPhonelər-da özünə aid texnologiyaları istifadə etdiyi iddiası ilə zərərin qarşılanmasını tələb edib.

Qeyd edək ki, daha əvvəl də bənzər bir səbəblə qarşı-qarşıya gələn şirkətlər uzun məhkəmə proseslərindən sonra razılığa gəlmiş, Apple Nokia-a 720 milyon dollar təzminat ödəmişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.