Mark Zuckerberg ABŞ Prezidenti olmaq istəyir?

06 Ocak 2017
1 150
0
Mark Zuckerberg ABŞ Prezidenti olmaq istəyir?
Facebook sosial şəbəkəsinin qurucusu Mark Zuckerberg 2017-ci il üçün öz şəxsi çağırışlarını bəyan edib. Bu çağırışlar onun prezident olmaq ambisiyası haqqında gəzən şayiələri təsdiq edir.

M.Zuckerberg dünyada öz kariyerası xaricində baş verənləri öyrənmək və intellektini zənginləşdirmək üçün hər il yeni çağırışlar edir.

Feat.az ict.az-a istinadən bildirir ki, onun sözlərinə görə, 2017-ci ildə əsas hədəf öz həmvətənlərini daha yaxından tanımaq üçün ABŞ-ın bütün ştatlarında olmaq və sakinlərlə münasibət qurmaqdır.

"Son illər ərzində mən 365 mil məsafəni qət etdim, öz evimi idarə etmək üçün sadə süni intellekt yaratdım, 25 kitab oxudum və Çin dilini öyrəndim. 2017-ci ildə əsas hədəfim ABŞ-ın bütün ştatlarına baş çəkmək və ilin sonuna kimi hər bir ştatda yaşayan insanlarla qarşılaşmaqdan ibarətdir. Mən artıq bir çox ştatda əhəmiyyətli vaxt keçirmişəm, bu il isə məqsədimə çatmaq üçün təxminən 30 ştata getməli olacağam", – deyə Mark Zuckerberg şəxsi Facebook səhifəsində yazıb.

Zuckerberg-insözlərinə görə, o, yeni səfərləri çərçivəsində çox sayda insanlarla onların necə yaşadığı, necə işlədiyi və gələcəyə dair nə düşündükləri haqqında söhbət etmək niyyətindədir.

"Biz oyun qaydalarını elə dəyişdirməliyik ki, onlar hamı üçün xidmət göstərsin", – deyə Zukerberg öz fikirlərini yekunlaşdırıb.

Facebook istifadəçilərinin bir çoxu şərhlərdə Zuckerberg-in ABŞ-ın növbəti prezident seçkilərində iştirak etmək və bu məqsədlə potensial seçicilərlə tanış olmaq istəyinə dair şübhələrini ifadə ediblər.

Qeyd edək ki, bir müddət öncə İnterfax agentliyi də Zukerberqin gələcəkdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğuna dair məlumat yaymışdı.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.