Hüseyn Əzizoğlu: "Yaltaq olsaydım bir otaqlı evdə yaşamazdım" - VİDEO

12 Ocak 2017
1 876
0
Hüseyn Əzizoğlu: "Yaltaq olsaydım bir otaqlı evdə yaşamazdım" - VİDEO
Azərbaycanda məşhur videobloger Hüseyn Əzizoğlu rəsmi "İnstagram" səhifəsi vasitəsi ilə izləyicilərinə videomüraciət edib. Bildirib ki, artıq bir neçə gündür ona qarşı qara piar aparılır.

Feat.Az xəbər verir ki, bloger müraciətində bildirb ki, bəzi onu sevməyən şəxslər illər öncə yazdığı statusları, fikirlərini bu gün ona qarşı düşmənçilik niyyəti ilə istifadə edir.

"Mənim düşmənlərim məni qaralayıb quyuya salmaq istəyir. 2011-2013-ci ildə yazdığım statusları bu gün mənə qarşı istifadə edirlər. Deyirlər: "Sən əvvəl belə yazmısan, indi prezidenti dəstəkləyirsən". Mən bu yerə öz dişimlə, dırnağımla gəlib çıxmışam. Hamı deyir ki, "yaltaqlıq edib pul qazanırsan". Əgər mən yaltaqlıq edib pul qazansaydım bu gün bir otaqlı evdə yaşamazdım. Bütün bu yersiz təbnqidlərə, təhqirlərə çox əsəbləşdim və həkimə gedəsi oldum, çünki, sol tərəfimin işləmədiyini gördüm. Mən bu ölkənin rəhbərlərinə, tarixi şəxsiyyətlərinə hər zaman hörmət qoymuşam və bundan sonra da edəcəm. Mən Məmmədəmin Rəsulzadənin də, Elçibəyin də, Heydər Əliyevin də, İlham Əliyevin də şəklini paylaşmışam. Mən videoblogerəm, siyasətçi deyiləm".

Qeyd edək ki, ötən gün bloger təcili olaraq xəstəxanaya çatdırılıb. Səbəb kimi isə onun ağır stress keçdiriyi göstərilir. Bu barədə onun anası sosial mediada bidlirib.


baku.ws
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.