Zirəddin Rzayevdən 2017-ci il üçün MÜDHİŞ PROQNOZ - “Matəm elan olunacaq və…”

12 Ocak 2017
2 959
0
Zirəddin Rzayevdən 2017-ci il üçün MÜDHİŞ PROQNOZ - “Matəm elan olunacaq və…”
Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev şok proqnoz verib. Ekstrasensin müsahibəsinin qısa mətnini təqdim edirik:
- Zirəddin müəllim, vesti.az saytına verdiyiniz proqnozlardan biri sosial şəbəkələrin mübahisə predmetinə çevrildi. “İngiltərədə qara duman görürəm və bu, 3 gün davam edəcək” deyərkən nəyi nəzərdə tutursunuz?
- Doğrudur, mən bunu öz “İnstaqram” səhifəmdə və “Facebook”da da paylaşmışam. Öncə mən bunu şifrələdim. Açıq demək istəmirdim, ehtiyatlanırdım. Ancaq indi həqiqəti söyləməyə hazıram. Bu il Britaniya kraliçası dünyasını dəyişəcək və ölkədə matəm elan olunacaq. Bu baxımdan 2017-ci il İngiltərə tarixinə kədərli il kimi düşəcək.
- Əminsiniz?
- Bəli! Əmin olmasaydım, söyləməzdim. Mən sıradan bir insanam. Amma Allah mənə öncəgörmə qabiliyyəti verib. Yuxarıdakı proqnozu 27.12.2016-cı ildə vermişəm və 01.01.2017 tarixində mətbuatda yayılıb. Bu, böyük məsuliyyətdir.
- Ümumiyyətlə, sizdə faciəli notlarla yüklənmiş öncəgörmələr tez-tez olur?
- Çox təəssüf hissi ilə deyə bilərəm ki, bəli. Demək olar ki, gecələr yata bilmirəm, səhərə qədər faciələr yaşayıram. Məni daim qorxu və kabuslar izləyir. Amma bunlara baxmayaraq, çox pozitiv insanam.
sputnik.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.