İranda Azərbaycan Dilində Televiziya

16 Ekim 2014
1 592
0
 İranda Azərbaycan Dilində Televiziya
 İranda Azərbaycan Dilində Televiziya

İranda 24 saat ərzində Azərbaycan dilində verilişlər yayımlayacaq televiziya kanalının yaradılması rəsmi Tehranın bu dilə verdiyi əhəmiyyətin göstəricisidir. Bu kanalın təsis edilməsi həm də İranda Azərbaycan dilinin inkişafına təkan verəcək.

Bu fikirlər İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin “Jamejam” xəbər portalında yerləşdirilən məqaləsində əksini tapıb.

Səfir yazır ki, hər iki ölkənin prezidentlərinin siyasi iradəsi nəticəsində dövlətlərarası münasibətlər inkişaf edir. Dövlət rəsmilərinin qarşılıqlı səfərləri müxtəlif sahələrdə əlaqələrin qurulmasına və inkişafına imkan yaradıb.

Bu günlərdə İranın Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərğaminin Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər və əldə edilən razılaşmalara toxunan diplomat həmin razılaşmaların yaxın gələcəkdə müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. M.Pakayin qeyd edib ki, İ.Zərğaminin Bakıya səfəri iki ölkənin nəinki media sahəsində, digər sahələrdə əməkdaşlığına da müsbət təsir göstərəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.