Onlar köpək balığından da təhlükəlidirlər

17 Ağustos 2014
2 408
0
Onlar köpək balığından da təhlükəlidirlər
Onlar köpək balığından da təhlükəlidirlər


Statistik məlumatlar göstərir ki, arılar insanlar üçün köpəkbalıqlarından daha təhlükəlidir. Bundan əlavə, insan fəaliyyəti nəticəsində köpəkbalıqlarının nəsli kəsilmək üzrədir. Onlar dünyanın ən təhlükəsiz yırtıcılarındandır. Çünki yalnız 3,7 milyon nəfərdən biri okeanda köpəkbalığı ilə rastlaşa bilər. Ancaq arı sancmasından ölmək "şansı" daha çoxdur.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, aparılmış araşdırmalardan məlum olub ki, 2001-ci ildən 2011-ci ilə qədər ABŞ-da 639 nəfər arı sancmasından dünyasını dəyişib. Bu müddət ərzində cəmi 10 nəfər insan köpəkbalığının yemi olub.

Bununla belə, hər il 100 milyon köpəkbalığı insan əlində ölür. Köpəkbalığı ölümlərinin 90%-i son onilliyin payına düşür. Əgər belə davam edərsə, artıq bir neçə onillikdən sonra dünyada köpəkbalıqlarının bəzi növlərinin nəsli tamamilə kəsiləcək. Bu zaman dünya okeanının biogeosenozuna sağalmaz yara vurulacaq.

Köpəkbalıqları dünya okeanındakı təkamülün mühərrikləridir. Köpəkbalığı kimi super yırtıcı okeanın sanitarı rolunu oynayır. Onlar okeandakı zəif, xəstə və qoca balıqları yeyirlər. İqlimin nizamlanmasında da mühüm rol oynayırlar. Planktonlarla qidalanan növlərin sayını nəzarətdə saxlayırlar. Əgər köpəkbalıqları məhv olsalar, qeyd olunan növlərin sayı artacaq ki, bu da öz növbəsində planktonların sayını azaldacaq. Bu da dünyada oksigenin miqdarına da təsir göstərəcək. Axı fitoplanktonlar külli miqdarda oksigen istehsal edirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.