Gürcüstan Qarabağda Ermənistana yardım edəcək

10 Şubat 2017
1 370
0
Gürcüstan Qarabağda Ermənistana yardım edəcək
Rusiya və Gürcüstan arasında Ermənistana gedən dəmir yolunun açılması məsələsində anlaşma əldə edilib.

Feat.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı Praqada Rusiya və Gürcüstan təmsilçiləri arasında "Ticarət dəhlizləri haqqında" sazişin gerçəkləşdirilməsi üzrə danışıqların yeni mərhələsində əldə edilmiş anlaşmanı şərh edərkən bildirib.

2011-ci ildə imzalanmış sənəd iki tərəf arasında Abxaziya və Cənubi Osetiyadan keçən nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistanla Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılmasını nəzərdə tutur.

Erməni şərhçi Naira Ayrumyanın yazdığına görə, sazişin 5 il qabaq bağlanmasına baxmayaraq anlaşma yalnız indi əldə edilib:

"Tərəflər mexanizmlər barədə anlaşma əldə edə bilmirdilər. Gürcüstan təkid edir ki, Abxaziya ilə sərhəddə Rusiya tərəfdən sərhəd nəzarəti keçirilməsin. Rusiya isə iddia edir ki, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın tərkib hissəsi saymır, ona görə sərhəd nəzarəti vacibdir".

Naira Ayrumyan iddia edib ki, Karen Karapetyan Ermənistanın baş naziri seçiləndən sonra bu məsələdə irəliləmə olub və Gürcüstanı danışıqlarda təmsil edən Zurab Abaşidze fevralın 8-də ölkəsinin parlamentində hesabat verərək bildirib ki, Rusiya "Ticarət dəhlizləri haqqında" sazişin gerçəkləşdirilməsində maraqlıdır.

Gürcüstan bu addımı atmaqla Azərbaycanı kürəyindən vurmuş olacaq.
Rusiya və Gürcüstanın öz mövqelərini necə razılaşdırdığı bəlli deyil. Amma bu bəllidir ki, Gürcüstan bu addımı atmaqla Azərbaycanı kürəyindən vurmuş olacaq. Bu, o deməkdir ki, Gürcüstan Azərbaycanın Ermənistanı işğal etdiyi torpaqlardan çıxarmaq üçün tətbiq etdiyi təcridetmə siyasətinə zərbə vuracaq. Bir növ Qarabağ müharibəsində Ermənistana yardım etmiş olacaq.

Təsadüfi deyil ki, Karen Karapetyan Rusiyada yaşayan erməni iş adamları ilə görüşərək onları Ermənistana sərmayə yatırmağa çağırıb. Söz verib ki, onların istehsal etdiyi məhsulların Rusiyaya çatdırılmasında problem olmayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.