Kolleclərə və magistraturaya qəbul qaydaları dəyişdi - VİDEO

12 Şubat 2017
1 277
0
Kolleclərə və magistraturaya qəbul qaydaları dəyişdi - VİDEO
Kolleclərə qəbul qaydaları dəyişdi. Nazirlər Kabineti "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları"nı təsdiq edib.

Bu ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər qəbul imtahanı vermədən müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edəcəklər.

Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 15 dəqiqədir.

Magistratura ilə bağlı da yeni qəbul qaydaları təsdiqlənib. Magistraturaya imtahan iki mərhələdə keçiriləcək. 1-ci mərhələ bakalavrın ümumi intellekt səviyyəsinin, informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi, 2-ci mərhələ ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi üzrədir.

Yeni qaydalara əsasən, bir sıra universitetlər 2-ci mərhələni özünün müəyyən etdiyi qaydalar əsasında imtahan götürəcək.

Ekspertlərin fikrincə, qəbul edilən yeni qaydalar tələbələrin təhsil sistemindəki naliyyətlərinin daha da artmasına və imtahanlardakı şəffaflığın artırılmasında yardımcı olacaq.


xezerxeber.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.