15 fevralda gözlənilən hava şəraiti

14 Şubat 2017
1 337
0
15 fevralda gözlənilən hava şəraiti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında


Fevralın 15-də hava şəraitinindəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında


Fevralın 15-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz


Fevralın 15-də Abşeron yarımadasında gün ərzində arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.