Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTO

15 Şubat 2017
1 826
0
Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTO
Azərbaycanın internet satış portallarından birində 65000 manata avtomobilin dövlət qeydiyyat nişanı satışa çıxarılıb.

Yerli internet portallarının birində 10-00-015 nömrəli dövlət qeydiyyat nişanının 65000 manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.

Feat.Az xəbər verir ki, bu barədə aparıcı Tural Yusifov aznews.az-a bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri də satılır. "Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır".

Tural Yusifovun sözlərinə görə, kiminsə öz avtomobilinin nömrəsini satması qanunsuzdur: "Qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni satıram, belə bir şey qanunla qadağandır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.