Qarlı hava şəraiti ilə bağlı nazirlikdən açıqlama

17 Şubat 2017
2 272
0
Qarlı hava şəraiti ilə bağlı nazirlikdən açıqlama
“Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək”

Feat.Az xəbər verir ki, Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: “Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək”.

G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: “Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir”.

O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.