Facebook iş tapmağı asanlaşdırır

17 Şubat 2017
1 273
0
Facebook iş tapmağı asanlaşdırır
Facebook sosial şəbəkəsində yeni vakansiyalar yerləşdirmək və axtarmaq imkanı meydana çıxıb.

Feat.Az-ın məlumatına görə, istifadəçilər və müxtəlif şirkətlər öz səhifələrində “Vakansiyalar” adlı xüsusi bölmədə iş elanları yerləşdirə bilərlər.

Yeni funksiyanın köməyilə istifadəçilər onları maraqlandıran vakansiyanı daha rahat tapa biləcəklər.

Elanlar istifadəçilərin xəbər lentində meydana çıxacaq. Elana daxil olduqda istifadəçinin şəxsi məlumatları olan pəncərə Facebook səhifəsində üzə çıxacaq ki, onu potensial işəgötürənə göndərmədən öncə redaktə etmək mümkün olacaq.

Yeni funksiya hələ ki, yalnız Amerika və Kanadadan olan istifadəçilər üçün əlçatandır.

xeberler.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.