Yaralı əsgərimiz evinə qayıtdı: Ermənilərin başını əzdik – VİDEO

08 Mart 2017
1 422
0
Yaralı əsgərimiz evinə qayıtdı: Ermənilərin başını əzdik – VİDEO
Onlar əsl qəhrəmanlıq sərgilədilər. Azərbaycan əsgərinin, hərbisinin gücünü düşmənə bir daha sübut etdilər. Bəli, ötən ilin aprel döyüşləri haqqında hələ çox danışılacaq. Həmin döyüşlərdə canlarından keçən şəhidlərimiz həmişə yad ediləcək. O döyüşün iştirakçıları isə bu tarixi hər zaman böyük fəxrlə anacaqlar. Aprel döyüşlərində yaralanmış Ağayev Yaşar Təvəkkül oğlu kimi. Hərbiçi doğulub boya-başa çatdığı İsmayıllı rayonunda elə qəhrəman kimi qarşılanıb.

Feat.Az
ARB TV-yə istinadən xəbər verir ki, 2016-cı il aprel döyüşlərində baş nahiyyəsindən güllə yarası alan 28 yaşlı Ağayev Yaşar Təvəkkül oğlu İsmayıllı rayonunda böyük qürur və izdihamla qarşılanıb.

Döyüşçümüzü RİH, Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət xidmətinin əməkdaşları və rayon sakinləri şüarlarla qarşılayıb. Uzun müddət Bakıda və İstanbulda müalicə alan əsgər İsmayıllıya öz doğma yurduna qayıdıb. Hələ uzun müddət müalicələri davam edəcək hərbiçinin arzusu ayağa qalxıb yenidən xidmətini davam etdirməkdir.

“Ermənilərin başını əzdik. Müalicələrim tam başa çatdıqdan sonra orduya qayıdacam. Ali Baş Komandanın əmrini gözləyirik ki, torpaqlarımızı geri alaq”, - Yaşar Ağayev deyib.

Qeyd edək ki, ötən ilin aprel ayında baş verən qızğın döyüşlər Azərbaycan ordusunun hərbi qələbəsi ilə nəticələnib. Bir sıra strateji məntəqələr düşmən işğalından azad edilib.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.