"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"

09 Mart 2017
2 208
0
"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"
Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam..

Bu gün doğum günündür əziz balam.. 35 yaşını təbrik etmək istədim,təbrik edə bilmədim.. Gəldim otağına - otağında yox idin. Şəklinə baxdım, şəklin kədərli, sanki əşyaların da səndən nigaran- kədərli. Pəncərədən boylanıb baxdım, sən gələn yollar səssiz... Qoxun uzaqlardan gəldi, əl uzatdım əlim çatmadı.Gözümdəki yaşlar ürəyimə axdı.. Sənsiz keçən hər gün ürəyimə atəş düşür və düşdüyü yeri yandırır.. Əllərim soyuq,gözüm yaşlı, könlüm isə qəmdir ay oğul .. Səni sevən hər kəsin gözlərindən kədər yağmaqdadır.. Axı bu gün ad günündür əziz balam, boynunu qucaqlamaq təbrik etmək istədim, səni tapa bilmədim. Məzarına yetişdim.Məzarını qucaqlayıb oxşadım, məzarın da buz bağlayıb ay oğul.. Torpaq altda yatan igid balam, torpaq üstünü örtüb, qoymur sarılım boynuna ay oğul. Gözünün nuruna qurban, nə tez qıydı fələk sənə ay oğul..Getdiyin gündən dərd- kədər ürəyimə söykənib.. Getdiyin gündən göz yaşlarım tükənmir. O gün - yaşadığım acılar unudulan deyil.. Torpağa tökülən günahsız qanın torpaqdan silinən deyil... Hər gecə - gündüz Ərşə yüksələn ah-naləm, fəryadım yerdə qalan deyil.. Yoxluğun hər gecə qulağımda canlanır, sənsizlik hər gecənin sükutunu pozur.. Sənsiz yaşamaq ağırdır. Bu acı gerçəkliyi necə qəbul edim, söylə - söylə ay oğul. Heç doymadım gül üzündən, axı doymadım gül nəfəsindən.. Doyunca boynuna sarıla bilmədim.. Yandırdı kül etdi sənsizlik, sənsizlik dözülməz dərd oldu ay oğul. Ağlaram od tutub yanaram, sən gələn yollara boylanaram, titrək nəfəsini uzaqlardan duyaram. Gözlərim önündə körpəliyin - beşiyin canlanar, beşiyini yırğalayıb lay-lay deyib ağlaram.. Darıxanda söylə qoxunu kimdən alaram. Emilim, canım balam səsimə səs ver əziz balam, darıxanda ətrini kimdən alaram. Vətən yolunda şirin canın qurban verən vətənsevər balam, söylə sənə necə çataram, darıxanda səni kimdən xəbər alaram. Ağlaram, Emilim deyib sızlaram, yarama duz bağlaram. Söylə səni kimdən - kimdən xəbər alaram.

Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam..

Sən demə, sənsizlik tale yazıbmış, əziz balam..



"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"

"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"

"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"

"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"

"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"

"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"

"Gözlərimin kədərli damlasında yaşayan, Şəhid balam"
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.