Bu saatdan etibarən banklarda dollar ajiotajı başladı - ƏHALİ ƏLİNDƏKİ PULLARI TƏCİLİ SATIR

14 Mart 2017
1 413
0
Bu saatdan etibarən banklarda dollar ajiotajı başladı - ƏHALİ ƏLİNDƏKİ PULLARI TƏCİLİ SATIR
Azərbaycan bankarında bu günlərdə valyuta mübadiləsi pəncərəsinin qarışısında yenidən ajiotaj yaranıb. Amma bu dəfə dollar alan yox, dollar satanlar çoxdur.

Dollar satmaq üçün insanlar böyük növbələr gözləməyə başlayıblar. Hətta bankların birində "Dollar almaq istəyən buraya yaxınlaşsın"-, çağırışına cavab olaraq heç bir nəfər də tapılmadı.

Buna səbəb kimi iki versiya irəli sürülür. Birincisi əhali ötən ilin təcrübəsini bu ildə gözləyir. Xatırladaq ki, 2016-ci ildə Novruz Bayramı qabağı manat 1.6411 manatdan 1.49 güclənmişdi. Və manatın bu möhkəmlənməsi may ayının 24-dək davam etdi. Yəni, əhali dolların daha da zəifləməsinə inanıb, indi valyutanı satmağa çalışır.
İkinci səbəb isə budur ki, əhali son qəpiyinə qədər əlində olanı dollara çevirib. Bayram ərəfəsində xərclər artdığından manat tapılmır. Və buna görə, əlində olan dollarları satır. Bunu marketlərdə hiss olunan alış-veriş artımı da göstərir.

Müşahidələrimiz onu da göstərdi ki, ən çox 50-300 dollar civarında valyuta mübadiləsi baş tutur. Başqa sözlə, dolların ucuzlaşmasına inamı olmayan əhali ancaq xərclik üçün nəzərdə tutduğu vəsaiti manata çevirir.
fins.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.