Apple şirkəti alqırmızı rəngdə iPhone 7 istehsal etdi - FOTO

23 Mart 2017
3 118
0
Apple şirkəti alqırmızı rəngdə iPhone 7 istehsal etdi - FOTO
“Apple” şirkəti al-qırmızı rəngdə “iPhone 7”, “iPhone 7” Plus, yeni video proqram və “iPad”ı satışa buraxıb.

FEAT.AZ saytı, xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yeni smartfonların qiyməti təqribən 1000 və 1200 dollar təşkil edəcək. Yeni iPad-ın satışları martın 24-də başlayacaq.

Beləliklə, şirkət bununla QİÇS-lə mübarizə çərçivəsində RED proqramı ilə əməkdaşlığının 10 illiyini qeyd edir.

Xüsusi seriya ilə buraxılan bu smartfonların satışından əldə olunan gəlir QİÇS-lə mübarizə aparan Qlobal Fonda təqdim ediləcək.

QİÇS-lə mübarizə aparan RED layihəsi U2 Bono qrupunun solisti tərəfindən yaradılıb. Şirkətin məlumatına görə, RED məhsullarının satılması nəticəsində 130 milyon dollar xeyriyyə vəsaiti toplanıb.


Apple şirkəti alqırmızı rəngdə iPhone 7 istehsal etdi - FOTO

Apple şirkəti alqırmızı rəngdə iPhone 7 istehsal etdi - FOTO

Apple şirkəti alqırmızı rəngdə iPhone 7 istehsal etdi - FOTO

Apple şirkəti alqırmızı rəngdə iPhone 7 istehsal etdi - FOTO

Apple şirkəti alqırmızı rəngdə iPhone 7 istehsal etdi - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.