Soyuducunuzu belə təmizləyin - MƏSLƏHƏTLƏR

24 Mart 2017
1 251
0
Soyuducunuzu belə təmizləyin - MƏSLƏHƏTLƏR
Soyuducuda unudulan yeməklər, qapağı açıq qalan qidalar, meyvə və tərəvəz bölməsində çürüməyə başlamış meyvə və tərəvəzlər soyuducuda narahat edici bir qoxu yaradır.

Soyuducudakı pis qoxular bir çox insanı narahat edər.

Bu qoxunu necə aradan qaldırmaq olar? Budur,Qadin.az da soyuducu təmizliyinin incə nöqtələri ...

1) Əməliyyatlara başlamadan əvvəl soyuducunu şəbəkədən ayırın.

2) Soyuducunu tamamilə boşaldın.

3) Soyuducuda pozulacaq məhsullar varsa bunları buz dolu bir qabın içində saxlaya bilərsiniz.

4) Bir ləyənə ilıq su qoyun və içinə yarım fincan soda qoyub qarışdırın.

5) Bütün çıxarıla bilən hissələri çıxararaq hazırladığımız ilıq su soda qarışığı ilə silin.

6) Soyuducunun içini də hazırlanmış sodalı məhlul ilə silin.

Pis qoxunun qarşısının alınması:

1) Soyuducunun rəflərinə içinə qabartma tozu səpilmiş qablar qoyaraq soyuducunun qapağını bağlayın və qoxu gedənə qədər gözləyin. Ayrıca gündəlik qoxulardan xilas olmaq üçün soyuducunuzun bir gözünə bir qab və ya qutu içərisində soda qoyun.

2) Ağ sirkə də qabartma tozu kimi pis qoxuları aradan qaldırar. Bir qab içində su və sirkəni qarışdıraraq soyuducuya qoya bilərsiniz.

3) Yulaf da qoxuları özünə çəkən digər bir vasitədir. Açıq bir qab içərisinə yulaf qoyaraq soyuducunuzun içinə qoyun.

4) Qəhvə çöküntüsü də soyuducu qoxularının aradan qaldırılmasında köməkçidir. Bir qabın içinə qəhvə qoyaraq soyuducu rəflərinə və ya qapağına qoya bilərsiniz.

5) Aktiv kömür, bir qabın içərisinə qoyularaq, soyuducu rəflərinə və ya gözlərinə yerləşdirilsə qoxular tamamilə yox olacaq.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.