Tez hamilə qalmağ üçün - BUNLARI EDİN

25 Mart 2017
1 791
0
Tez hamilə qalmağ üçün - BUNLARI EDİN
Hamilə qalmaq üçün doğru zamanı bilmək çox əhəmiyyətlidir. Qadınlar hamilə qalmaq üçün maraqlı hamiləlik inanclarını yerinə yetirir. Aile.lent.az tez bir zamanda hamilə qalmağın 8 ağlagəlməz yolu ilə sizi tanış edir.

Şokolad kremi

Şokolad kremi hamiləlikdən əvvəlki rituallar arasında ən çox sevilənidir. Şokoladın stressi azaldıb xoşbəxtlik bəxş etdiyinə inanan bir çox qadın onu yedikdən sonra “məhsuldarlığının” artdığına inanır.

Akupunktur

Akupunktur - nazik və kiçik iynələrin bədənin müəyyən yerlərinə batırılaraq edilən müalicədir. Ağrını azaltmaq kimi faydası var. Bəzi qadınlar daha asan və sürətli hamilə qalmasını akupunkturla əlaqələndirir.

Yataqda corab geyinmək

Yataqda corab geyinməyin heç bir cazibədarlığı olmadığını düşünə bilərsiniz. Amma alt paltarlarınızdan daha çox təsirli olacaq. Qəribə səslənsə də, qadın və kişi cinsi əlaqə zamanı corab geyinərsə, hamiləlik şansları artır. Bunun səbəbi bədənin isti qalaraq hormonların daha məhsuldar olmasına kömək etməsidir.

Tam yağlı süd

Alimlər tam yağlı, yoxsa yağsız südün daha sağlam olmasına hələ qərar verə bilməyiblər. Amma tam yağlı südün yumurtlamaya kömək olduğu dəqiqdir. Təbii ki, dayanmadan süd içməyin. Mütəmadi olaraq içməyiniz kifayətdir.

Öskürək siropu

Bəzi qadınlar öskürək siropunun da hamiləlik üçün möcüzəvi dərman olduğunu deyirlər.

Öskürək siropu boğaz və sinusitləri yumşaldaraq nəfəs almağı asanlaşdırır. Maraqlı burasıdır ki, uşaqlıq boynundakı əzələləri də yumşaldır. Bunun da hamilə qalma müddətini sürətləndirdiyi deyilir.

Ananas

Ananas gözəl qoxu verdiyi qədər, tərkibindəki fermentlər baxımından da çox faydalıdır.

Daha məhsuldar yumurtalıqların meydana gəlməsinə və inkişafına kömək edir.

Yerin cazibə qüvvəsindən faydalanın

Cinsi əlaqədən sonra yataqdan qalxmayın. Arxanıza yastıq qoyun və ayaqlarınızı yuxarı qaldırın. Bir çox qadın hamilə qalma müddətini sürətləndirmək üçün bu üsuldan istifadə edib. Yastıqsız da edilə bilər. Amma rahat olmağınız üçün yastıqdan istifadə edin.

Kakao və qəhvə

Kakao tozu və qəhvə hormonları nizamlayır. Təbii ki, bu da bir körpənin doğulması üçün hazırlıq deməkdir.

Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.