Bədəniniz tərlidirsə başınıza su tökməyin

16 Nisan 2017
1 106
0
Bədəniniz tərlidirsə başınıza su tökməyin
Verilən məlumata görə yay istilərində sərinləmək üçün üzə soyuq və ya buzlu su tökülməsi, üz nahiyəsində iflicin meydana gəlməsinə səbəb ola bilər.

Çünki, insan həmin vəziyyətdə tərli olur. Bu mövzu ilə əlaqədar fikirlərini bölüşən lor mütəxəssis Dr. Hasan Arkan bildirib ki, "Necə ki soyuq qış günlərində spa, hamam və saunada tərli çıxmaq üz iflicinə səbəb olursa, yay aylarında da tərli olaraq üzə buz kimi su tökmək eyni təsirə malikdir. Bu baxımdan ani istilik dəyişikliklərinə məruz qalmaq riski yüksək olur. Onun sözlərinə görə üz iflici baxımından tərli olarkən qətiliklə baş və üz nahiyəsinə su tökmək olmaz.

Yaz və yay aylarında tərləmənin qaçınılmaz olduğunu bildirən Dr. Hasan Arkanın sözlərinə görə tərləmə bədənin istilik tarazlığını təmin etməsi üçün vacibdir.

Lakin başa su tökmənin isə çox qısa bir sərinlik təmin etdiyi məlumdur. Ona görə də böyük bir sağlamlıq riskinə girmək doğru deyil.

Həmin aylarda başlarını mütamadi isladanlar sinusit xəstəliyinə tutula bilərlər. Həmin xəstəliyə tutulanlar isə əsla başı açıq gəzməməlidirlər.

Saçları yaş olduqda isə dərhal qurutmalıdırlar. İsti havalarda kondisionerin sərinləşdirmə dərəcəsini mütləq azaltmaq lazımdır. Bundan əlavə çöldən gəlib tərli halda kondisionerin altında durmaq olmaz. Bu zaman bir az gözləmək və ya heç olmasa üzdə olan təri silmək və qurutmaq vacibdir.

Yaz aylarında kondisioneri 17-19 dərəcələrdə işlədən insanlar var. Bu doğru deyil. Kondisionerin ən uyğun dərəcəsi yay aylarında 24 dərəcə hesab olunur. Bu səviyyə bahar kimi bir sərinliyi təmin edir.

Həmçinin yuxarı tənəffüs yolları xəstəlikləri və üz iflici kimi bir çox xəstəlikdən insanı qorumağa kömək edir. Məlumata görə yaz-yay aylarında çox tərləməmək üçün kətan və ya pambıqlı geyimlər geyilməsi, şapka taxılması gərəklidir. Ən gözəl papaqların isə kətandan hazırlanan papaqlar olduğu bildirilir.

Çünki, kətan çox yaxşı hava alır və başın tərləməsini azaldır. Pambıqlı şapkalardan da seçim edilə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.