iOS əməliyyat sistemi ən gözəl əlavələrin siyahısını yeniləyib

10 Haziran 2017
1 454
0
iOS əməliyyat sistemi ən gözəl əlavələrin siyahısını yeniləyib
“Apple” şirkəti iOS əməliyyat sistemində ən gözəl əlavələrin siyahısını yeniləyib.

Mütəxəssislər bu reytinqdə “Splitter Critters” proqramını lider seçib.

Yeni nəsil oyun olan “Splitter Critters” daha əvvəl başqa cür adlanırdı, ancaq analoji struktura malik idi. Proqramın yeni versiyası təxminən bir il əvvəl istifadəyə verilib və “Almalı cihazlar”ın istifadəçiləri arasında böyük populyarlıq qazanıb. Son beş ay ərzində bu oyun 3 milyon dəfədən artıq yüklənib. O zaman oyunun tərtibatı ilə “RAC7 Games” studiyası məşğul olub.

Ən rəngarəng əlavələrin siyahısında ikinci yerdə “Untame” şirkətinin istehsal etdiyi “Mushroom 11” oyunu qərarlaşıb. Fəxri üçüncü yeri isə “Severed ot Drinkbox Studios” əlavəsi tutub. Sonuncusu unikal interfeysə malikdir və “Android” əməliyyat sistemində virtual reallıq eynəkləri ilə işləyir. Tərtibatçılar qeyd ediblər ki, analoji variantın iOS proqramları üçün də tətbiq olunması nəzərdə tutulub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.