Abituriyentlərin DİQQƏTİNƏ: keçid ballarında yanlışlıq

28 Temmuz 2017
2 060
0
Abituriyentlərin DİQQƏTİNƏ: keçid ballarında yanlışlıq
Azərbaycan Dövlət İqtisad Universiteti keçid ballarındakı yanlışlıqla bağlı məlumat yayıb.

Feat.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib. Jurnalda UNEC-lə bağlı yanlışlığa yol verilib:

Biznesin idarəedilməsi, tədris türk dilində, əyani, 600 (600) bal;

Biznesin idarəedilməsi, tədris ingilis dilində, əyani, 318 (580) bal.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin başladığı mərhələdə abituriyentlərin diqqətinə çatdırmaq istəyirik ki, ötən il biznesin idarəedilməsi ixtisasına ingilis dilində tədris üçün keçid balı 600, türk dilində tədris üçün isə 318 (580) olub.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.