Sabah Məhərrəmlik başlayır

21 Eylül 2017
2 275
0
Sabah Məhərrəmlik başlayır
Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.

Feat.Az
-ın report-a istinadən xəbərinə görə, Miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.

Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək.

Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.

İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.

28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.

Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.