Sabah 24 dərəcə isti olacaq

19 Ekim 2017
2 000
0
Sabah 24 dərəcə isti olacaq
Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.