Saç hörməyin faydaları

24 Kasım 2014
16 565
0
Saç hörməyin faydaları
Saç hörməyin faydaları
Saçların daha gözəl və sürətlə uzanması üçün onları hörmək təklif olunur. Bəs saçları hörməyin nə kimi faydaları var?

Hörük sayəsində saçlar xarici amillərdən daha çox qorunaraq təmiz qalma müddəti uzadır. Hörülən saçlar fen və saç laklarının, kremlərinin işğalı ilə qarşı-qarşıya qalmadıqları üçün sağlam olurlar. Gün ərzində hörülən saçlar axşama yaxın mütləq açılmalıdır. Saçları hörmək saç dərisinə masaj effekti verdiyi üçün qan dövranını sürətləndirir. Bu isə saçların uzanması və möhkəmlənməsi üçün çox əhəmiyyətlidir. Saçlarınızı hörərək daha tez uzanan saçlara sahib ola bilərsiniz.

Saçları hörməyin və gün ərzində dağılmamasının əsas səbəbləri

Saç hörükləri uzun saçlılar üçün əsl xilaskardır. Uçuşmur, qaçmır, gün boyu narahat etmir, əlverişlidir. Üstəlik, çox qəşəngdir. Məhz bu səbəblərdən dolayı uzun saçlı, hətta saçı orta uzunluqdan olan xanımlar da bu modellərə yer verməlidir. Saç hörükləri istənilən məkana, istənilən zaman uyğundur. Yəni, bu saç yığımını etmək üçün hər hansı bir məhdudiyyət yoxdur. Lakin saçları hörməyin də öz qayda-qanunları var. Yeni başlayanlar saçları daha gözəl hörmək və uzun müddət qorumaq üçün bu şərtləri bir-bir təqib edərək əməl etməlidirlər.

Saçı hörməzdən əvvəl saçlar yuyulmalıdır. Daha asan forma almasını və uzun müddət düzgün olmasını istəyiriksə, bu, zərurətdir.

Amma saçları yaş halda qətiyyən hörmək olmaz. Çünki saçlar yaş halda daha asan qırılır. Ancaq quru saçları hörmək faydalı ola bilər.

Hörməzdən əvvəl saçları yaxşıca daramaq lazımdır. Amma daha da yaxşısı fenlə düzləşdirmək tövsiyə olunur. Fenlə düzləşdirilmiş saçda edilən hörüklər çox daha yaxşı görünür və nəticədə əla alınır.

Hörükdən sonra aralardan tellər çıxa bilər. Bunun qarşısını almaq üçün köpük, sprey və saç kremi kimi məhsullardan dəstək ala bilərsiniz. Uclu daraqdan istifadə etmək lazımdır. Bu şəkildə fərqlər daha aydın nəzərə çarpır.

Saç çəngələrini bərabər olaraq ayırmalısınız. Qəşəng və gözəl hörük əldə etmək üçün bu detal son dərəcə mühümdür.

Hörük hazır olduqdan sonra saçın ucunu bir rezinlə möhkəmləndirərək hörüyün uzun müddət qorunmasını təmin etməliyik.

Saçları çox sıx hörmək olmaz, yüngül süst hörüklərə daha çox üstünlük verməlisiniz. Sıx hörülən saçlarda tökülmə və qırılma halları daha çox baş verir.



R.T.♛Fidawka♛
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.