Metronun əməkdaşı iş başında öldü

12 Aralık 2014
958
0
Metronun əməkdaşı iş başında öldü
Metronun əməkdaşı iş başında öldü

Bakı Metropoliteninin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən qəfildən dünyasını dəyişib.

Feat.Az saytı anspress.com saytına istinadən bildirir ki, hadisə dünən saat 16 radələrində metronun "İnşaatçılar" stansiyasında qeydə alınıb.

Belə ki, xidməti vəzifəsini yerinə yetirən 62 yaşlı Həlimə Əliyevann qəfil halı pisləşib. Onun üçün təcili yardım həkimi çağırılıb. Həkimlər gələnə qədər qadın dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırmalar aparılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.