Metro gecə 1-ə kimi işliyəcək

20 Aralık 2014
1 671
0
Metro gecə 1-ə kimi işliyəcək
Metro gecə 1-ə kimi işliyəcək

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda ictimai nəqliyyat gücləndirilmiş iş rejimində işləyəcək.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, paytaxt daxili sərnişin avtobusları 30 və 31 dekabrda güclənmiş iş rejimində çalışacaq. Onun sözlərinə görə, bayram günü avtobuslar saat gecə 1-ə qədər işləyəcək.

“Bizim tərəfimizdən hər il bayram axşamı sərnişinlərin rahatlığını təmin etmək məqsədilə avtobusların işləmə vaxtı uzadılır. Bununla bağlı avtobus sahibkarlarına da xəbərdarlıq edilib. Əgər dövlət əhəmiyyətli tədbir keçirilərsə, mümkündür ki, dekabrın 31-də sərnişin avtobuslarının işləmə vaxtı bir az da uzadılsın. Avtobuslarda gedişhaqqıların süni şəkildə qaldırılmasının qarşısını almaq üçün müfəttişlərimiz də gecə reydləri keçirəcəklər. Əgər sərnişinlər belə hadisə ilə rastlaşarlarsa, bizə xəbər verə bilərlər”, - deyə Əmrah Cəfərov bildirib.

Yeni il gecəsi Bakı Metropolitenində də gücləndirilmiş iş rejimində çalışacaqlar. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək.

“Bakı metrosunda artıq belə praktika mövcuddur. Dekabrın 31-də metroda iş rejimi 1 saat gec bitir. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin”, - deyə Nəsimi Paşayev bildirib.

Bakı Beynəlxalq Avtovağzalında da bayram günləri gücləndirilmiş iş rejimində çalışacaqlar. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, avtovağzal dekabrın 28-dən yanvarın 6-a qədər gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığını nəzərə alaraq, 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq.

“Əgər adi günlərdə 6-7 min sərnişin vardısa, bayram günlərində onların sayı 14-15 min olacaq. Ona görə də, hər bir istiqamətə əlavə avtobuslar çıxarılacaq. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq", - deyə M.Abdullayev bildirib.

Avtobus biletlərinin satışı da 10 gün qabaqcadan həyata keçirilir. Bayram günləri biletlərin qiymətinin süni şəkildə artırılmamasına nəzarəti isə Beynəlxalq Avtovağzalda yaradılan “Qiymət Komissiyası” həyata keçirəcək. Əgər hansısa sürücü biletsiz sərnişini avtobusa mindirərsə, həmin sürücü və avtobus xətdən kənarlaşdırılacaq.

Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyəti də bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, ölkədaxili ən çox sərnişin sıxlığı qərb istiqamətində müşahidə olunur.

Belə ki, dekabrın 29-u, 30-u və yanvarın 2-si və 3-də daha çox sərnişin sıxlığı olan istiqamətlərdə əlavə Bakı-Böyük Kəsik və Bakı-Mingəçevir qatarları xəttə buraxılacaq. Bundan başqa, Gürcüstan istiqamətində də sərnişin sıxlığı müşahidə edilir. Nadir Əzməmmədov deyir ki, ötən illərdən fərqli olaraq, bu il Gürcüstan istiqamətində Turist qatarı relsə buraxılacaq.
Mənbə
ANS PRESS
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.