Qız qaçırmaq istəyənlərə həbs cəzası – 8 il

17 Aralık 2014
1 967
0
Qız qaçırmaq istəyənlərə həbs cəzası – 8 il
Qız qaçırmaq istəyənlərə həbs cəzası – 8 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qız qaçırmağa cəhddə ittiham olunan Əhməd Məmmədov və Camal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Feat.az Lent.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan təqsirləndirilən şəxslərin barəsində həbs qətiimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər.

Qeyd edək ki, hadisə Bakının Nəsimi rayonunda, Tibb Universitetin qarşısında baş verib. Əhməd və Camal Məmmədovlar həmin universitetin qarşısında 18 yaşlı Samirəni (ad şərti verilib) oğurlamağa cəhd ediblər.

Məlumata görə, Məmmədovların məqsədi Samirəni evlənmək üçün qaçırmaq olmayıb. Onlar qızı tamah məqsədilə oğurlamaq istəyiblər. Proses qapalı keçirildiyi üçün ittihamın təfərrüatı tam açıqlanmır.

Bildirilir ki, qızın səs-küy salması və ərazidə xidmət aparan polislərin işə müdaxiləsindən sonra Məmmədovların cinayəti başa çatdırmaq niyyətləri baş tutmayıb. Hər iki təqsirləndirilən həbs edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.