"Bakı Metropoliteni"ndən sərnişinlərə Yeni il hədiyyəsi

20 Aralık 2014
2 071
0
"Bakı Metropoliteni"ndən sərnişinlərə Yeni il hədiyyəsi
"Bakı Metropoliteni"ndən sərnişinlərə Yeni il hədiyyəsi



Yeni il gecəsi
"Bakı Metropoliteni”nə giriş vaxtı 1 saat artırılacaq
Bunu Trend-in sorğusuna cavab olaraq
"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 1-nə keçən gecə
"Bakı Metropoliteni”nə giriş vaxt 1 saat uzadılacaq: "Normalda ənənəyə uyğun olaraq bayram günləri metronun iş rejimində dəyişiklik edilir. Belə ki, adi günlərdə sərnişinlərin metroya giriş vaxtı gecə saat 00:00-da bitir. Həmin gecə isə bayram münasibətilə giriş gecə saat 1-ə kimi uzadılacaq”.

N.Paşayev onu da əlavə edib ki, bu müddətin daha da uzadılması istisna edilmir:
"Dövlət səviyyəsində hər hansı böyük bir tədbir keçirilərsə və Bakı Metropoliteninə iş rejiminin uzadılması ilə bağlı əlavə təklif olarsa, bu müddət daha da artırıla bilər. Amma faktiki olaraq bayram gecəsi metroya giriş-çıxış vaxtının hələlik 1 saat uzadılması nəzərdə tutulur”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.