Ağ rəngli gəlinliyin rəmzi mənası

08 Ocak 2015
4 579
0
Ağ rəngli gəlinliyin rəmzi mənası
Ağ rəngli gəlinliyin rəmzi mənası



Toylara xüsusi paltar hazırlanması və digər toy hazırlıqlarının edilməsi Qədim Roma tarixinə söykənir. Qədim Romada gəlin paltarı əsasən sarı rəng seçilirdi.

Gəlinlər sarı rəngli örtük taxardılar. Evli və subay qadınlar örtükləri ilə bir-birindən fərqlənirdi. Gəlinliyin rəmzi rəngi indiyədək çox dəyişdirilmişdir.

Gəlin paltarının ağ rəng olması adəti XVI əsrdən başlamışdır. Kraliyyət ailəsində bu illərdə gümüşü rənglərdəki gəlin paltarı geyilirdi. Lakin Kraliça Viktoriya ağ gəlin paltarı geyinməkdə israr edərək, ağ gəlinliyin məşhurluğunu artırmış və ənənə halına gəlməsinə səbəb olmuşdur. Bundan sonra ingilis və fransız yazarlar ağ rəngi saflığın simvolu kimi təblig etdilər. Daha sonra isə ağ rəng bakirəliyin əlaməti hesab edildi.


Çin və Hindistanda da qədimdən bəri gəlin paltarı qırmızı rəngli olub. Hindistanda "sari" adlandırılan milli geyimin toy günü də geyilməsi adətdir. Amma gündəlik saridən fərqli olaraq toy sarisi mütləq qırmızı olmalıdır və min bir bəzəklə əhatələnir. Çinli gəlinlərin toyda şans gətirdiyini düşündükləri qırmızı ətəkli uzun donlarının yerini yavaş-yavaş ağ gəlin donları alır.



Ağ rəngli gəlinliyin rəmzi mənası
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.