Bulvarda yenilik

14 Ocak 2015
2 903
0
Bulvarda yenilik
Bulvarda yenilik



Bu barədə Nazirlər Kabineti yanında Dənizkənari Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, bulvarın hər iki istiqamətində ərazi genişlənir: "Parkın genişlənməsi sahəsində aparılan işlər davam etdirilir. Genişlənən ərazisi 2015-ci il ilk Avropa Oyunlarına qədər insanların istifadəsinə veriləcək".

Qeyd edək ki, Dənizkənarı Bulvar ərazisi 6 kilometrdən artıqdır.

N.Məcidov deyib ki, bulvar hər iki istiqamətə genişləndikdən sonra ümumilikdə uzunluğu 15 kilometr olacaq.

O, Bulvar ərazisində yeni iki attraksionun quraşdırıldığın da vurğulayıb: "Bu günlərdə iki yeni attraksion quraşdırılıb. İlk Avropa Oyunları ilə bağlı Bakıda xarici qonaqların çox olmasını, eləcə də onların arasında turistlər, idmançılar, media nümayəndələrinin olmasını nəzərə alaraq, bulvarda fəaliyyət göstərən kafe və restoranların sayı artırılacaq".

N.Məcidov bildirib ki, bulvarın mühafizə xidmətinin bütün işçiləri ingilis dilini mükəmməl bilirlər: "Bulvarda işləyən işçilərimiz kurslara göndərilib. Həm rus dilini, həm də ingilis dilini mükəmməl bilirlər. Bu da xarici qonaqların xidmətində böyük rol oynayacaq".

N.Məcidov onu da qeyd edib ki, Bulvarın ərazisindəki obyektlərin hamısında "Wi-Fi" sisitemi tətbiq olunub.



Bulvarda yenilik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.