Gənclər gəlin qayınana probleminin həllini nədə görür?

20 Ocak 2015
2 372
0
Gənclər gəlin qayınana probleminin həllini nədə görür?
Gənclər gəlin qayınana probleminin həllini nədə görür?



Cəmiyyətdə həllini tapmayan məsələlərdən biri də gəlin-qayınana münasibətləridir. Hətta bəzən bu problemlər boşanmalarla nəticələnir. Araşdırmalar nəticəsində məlum olub ki, gəlin-qayınana problemi eramızdan əvvələ qədər gedib çıxır. Bəs gənclər nə düşünür? Əsrlərdən bəri gələn və günümüzə qədər davam edən bu problemi necə həll etmək olar. Kimdir günahkar: qayınana, yoxsa gəlin?

"Nə qaynana, nə də gəlinin tərəfini tutmayasan"

Səbinə Şirməmmədova, tələbə

Səbinə düşünür ki, gəlin qayınana arasındakı problemlər insanlığın rastlaşdığı ən qəliz məsələrdən biridir. Onun sözlərinə görə, bu vəziyyətdə birmənalı şəkildə gəlini və qayınananı təqsirləndirmək düzgün deyil: "Münasibət iki nəfər arasında qurulursa, burada hər iki tərəfin davranışı eyni dərəcədə rol oynayır. Gənc qızların bir qismi fikirləşir ki, mən qayınana ilə yaşamıram, ayrı ev istəyirəm.

Digər qrup isə qayınanalı evə getmək istəyir ki, işdə olanda uşağa qayınanası baxsın, yeməyi bişirsin. Bu iki yanaşmaya fikir versək, görərik ki, gəlinlər hər iki halda qayınanaya düzgün münasibət bəsləmir. Əgər bir insanın beynində belə düşüncələr mövcuddursa, o insan gəlin olanda nə baş verir? Bu düşüncələr bilavasitə insanın hərəkətlərinə təsir göstərir, hətta onu idarə edir. Hələ tanımadığı biri haqqında mənfi düşüncələr bəsləndikdə isə, o insanların münasibətləri düzgün istiqamətdə inkişaf edə bilmir. Lakin elə hallar da olur ki, qayınana gəlini insan yox, mexanizm hesab edir. Әmrlər verir, bütün işləri gördürür. Bunu hardasa, başa düşmək olar. Ancaq bəzi ailələrdə qayınananın gəlnini döyməsi faktını nə başa düşmək, nə də buna haqq qazandırmaq hec cür mümkün deyil".

Həmsöhbətimiz düşünür ki, bu problemlər əsasən evdə gəlinlər arasında fərq qoyulmasından və ya anaların öz oğullarına istədikləri qızı almamasından irəli gəlir: "Gəlin qayınana münasibətlərindəki problemlər bəzən müxtəlif mövzularla da əlaqədar ola bilir. Әsasən bir gəlinin evdə digərindən daha çox sevilməsi buna misal ola bilər. Hamıya məlumdur ki, azərbaycanlı analar oğullarına öz istədikləri qızları almaq istəyir. Bu, baş tutmadıqda isə bir növ evinə gələn gəlini incitməyə başlayırlar.

Bundan əlavə, bizim ailələrimizdə xüsusi məqam da mövcuddur. Әgər evə gəlin gələn qız zinət əşyalarına, çoxlu pul xərcləməyə düşkündürsə, qayınana da əldən bərkdirsə, bu, ömürlük problemə çevrilir. Bu gün gəlinin "sən mənə qızıl taxmadın" bəhsi, sabah qayınananın "atanın evində nə işin var" bəhsinə çevrilir. Belə situasiyalarda isə evin oğlu arada qalır. Onu gəlin bir tərəfə, qayınana bir tərəfə çəkir.

Belə problemlərin dərinləşməməsi üçün düşünürəm ki, oğul nə qayınananın, nə də gəlinin tərəfini tutmamalı, nə qayınananın yanında gəlini, nə də gəlinin yanında qayınananı alçaltmamalıdır. Çünki bir evdə qarşılıqlı hörmət yoxdursa, o evdə insanlar yaşaya bilər, amma heç bir zaman ailə ola bilməz. Çünki gəlin-qayınana münasibətindən əlavə, burada nənə-nəvə münasibətləri də ortaya çıxır. Qaynanası ilə yola getməyən gəlin istər-istəməz övladını da öz düşüncəsi ilə böyüdür. Belə halların baş verməməsi üçün qarşılıqlı anlaşma, hömət və güzəşt olmalıdır".

"Qayınananın sözü öndədir..."

Eldar İbarhimov, təlimçi

Eldar deyir ki, ölkəmizdə iki formada qayınana-gəlin münasibətləri var: nəsildən-nəsilə keçən və müasirləşən qayınana-gəlin münasibətləri. Onun sözlərinə görə, qaynana-gəlin münasibətlərində evdə böyük-kiçik bir-birlərinə hörmətlə yanaşmalıdır: ""Gəlin evin süpürgəsi olmalıdır" fikrini heç bir tolerant, insanlara hörmət etməyi bacaran insan qəbul etməz. Hər bir xanım hörmətə layiqdir və onu belə adlandırmağı məcazi mənada olsa belə, doğru saymıram. Onun da öz istəkləri, tələbatları, düşüncələri var.

Qayınananaların psixologiyası düzgün formalaşmalıdır və onlar gəlinlərinə qarşı keçirdikləri qısqanclıq hissinə, yaxud "yad qızı" olduğuna və digər buna bənzər bəhanələrə görə sərt, acı davranmamalıdır. Təbii ki, qayınananın sözü öndədir, lakin müdrik, insanpərvər və sadəcə gözəl bir insan kimi qayınana da eyni zamanda gəlininə söz haqqı verməli, onun fikirləri və istəkləri ilə tanış olmalıdır.

Eyni zamanda gəlin də qayınanasına qarşı diqqətli olmalı, onun böyüklüyünü dərk etməli və həm təklikdə, həm də cəmiyyət arasında onunla ahəngdarlığı qorumalıdır. Bu münasibətlərdə problemin həlli yollarından biri tərəflərin dünyagörüşünə, müəyyən biliyə və yüksək mədəniyyət səviyyəsinə malik olmalarıdır. Həmçinin yüksək və ən vacib insani keyfiyyətlərdən biri də səbrdir ki, onun vasitəsilə qayınana-gəlin münasibətlərindəki problemləri həll etmək mümkündür.

Belə hallarda tərəflər əsasən bir-birinə güzəştə getməyi bacarmalıdır ki, bunun da əsas təminatçıları kimi yuxarıdakı keyfiyyətləri qeyd etmək olar". Həmsöhbətimiz hesab edir ki, əslində qayınana və gəlin arasında ciddi problemlər olmur, sadəcə onlar bir-birilərilə uyğun dil tapmağı bacarmalıdırlar: "Artıq dünyada mövcud olan ailə modellərinə nəzər saldıqda aydın olur ki, cəmiyyətin əksər hissəsinin yüksək mədəniyyətə, yaxşı təhsilə, dünyagörüşünə malik olmaları belə münaqişələrin daha az meydana çıxmasına səbəb olur. Zənnimcə, ölkəmizdə də bu problemlər öz həllini tapır".

"Gəlin evin bəzəyidir"

Xəyalə Nəsirli, marketinq meneceri

Xəyalə hesab edir ki, gəlin-qayınana münasibətlərinin ən kobud forması "gəlin evin süpürgəsidir" deyimidir. Müsahibimizin sözlərinə görə, gəlin hər zaman evin bəzəyi olmalıdır: "Azərbaycanda "qayınana" deyəndə ağla ilk gələn Nəsibə Zeynalovanının canlandırdığı Cənnət xala obrazıdır. "Həyasız gəlin" deyəndə Afət, "sakit və başıaşağı gəlin" deyəndə isə Sevda həkim yada düşür. Bir çox cənnət xalalar həmişə sevdalara rast gəlmirlər, bəzən gəlin qayınanaya dözür, ailəsini dağıtmamaq üçün qatlaşır, bəzən isə qayınananın başına Afət kimi "oyun açır". Əslində gəlin və qayınana münasibəti ailəyə görə fərqlidir".

Xəyalənin sözlərinə görə, gəlin-qayınana münasibətlərinin kəskinləşməməsi üçün qız ailə qurmazdan əvvəl ciddi şəkildə götür-qoy etməlidir: "Gənc qız ailə qurmamışdan öncə götür-qoy etməli, gedəcəyi ailənin qayda-qanunlarına yaxından bələd olmalıdır. Bizim milli-mənəvi dəyərlərimizdən biri də böyüyə hörmətdir ki, bunu da heç vaxt qaynanadan əsirgəmək olmaz. Gəlin qayınanaya hər şeydən əvvəl sevdiyi insanın anası kimi baxmalıdır. Çinlilər deyirdilər ki, sevgi səbəb və sübutdan doğur.

Sübut edin ki, sizin həyat yoldaşınız sizin üçün nə qədər vacibdir. Gəlin öz anasına necə baxılmasını istəyirsə, qayınanasına da elə davranmağa səy göstərməlidir. Çünki anasına yaxşı baxıldığını görsə, həyat yoldaşına da xoş olacaq və o, anasının "iynəli" sözlərinə baxmayaraq, xanımını sevəcək. Gəlin qayınananın bilik və təcrübələrindən yararlanmlı, onunla gülərüz davranmalı, hətta bəzən qayınanasını tərifləməyi bacarmalıdır".



Gənclər gəlin qayınana probleminin həllini nədə görür?


R.E.JuLLiet...
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.