Avtomobilin ulduz falı… və ya hansı bürcə hansı maşın uyğundur?

06 Nisan 2017
5 505
0
Avtomobilin ulduz falı… və ya hansı bürcə hansı maşın uyğundur?
QOÇ: Qoç bürcü altında doğulmuş insanlar, aktiv yaşamağa, həyatda öz ayaqları üzərində durmağa tələbkardırlar. Onlara ehtiyaclar haqqında danışmaq kifayət etmir, ehtiyaclar onları qane etmir.İmpulsivlik və başqalarını dinləmək bacarığının olmaması Qoçları çətin vəziyyətlərə salır. Səbrsizliyi ucbatından, Qoç bir işi heç vaxt sona çatdırmır, həmin işi tabeliyində olan digər bürclərə həvalə edir. Şöhrətpərəst olmaqla bərabər, hər yerdə birinci və ən yaxşı olmaq istəyir. Şöhrət və nüfuz onun üçün pul və rahatlıqdan daha önəmlidir. Hər zaman yeni yollar və imkanlar axtarır. Qoçların çoxu güclü iradə sahibidirlər, özlərindən əmindirlər, üstün mənəvi keyfiyyətlərə malikdirlər. Qoçun kredosu – “Mən varam!” Qoç bürcü altında doğulmuş insanlara daha çox yüksək sürətli və idman stilli avtomobillər uyğundur, məsələn: Subaru Impreza WRX, Impreza Sport Waqon, Toyota Selica, Honda S2000, Chevrolet Corvette Zo6. Qoçun avtomobilinin salonu həmişə sahibinin daxili aləmini əks etdirir. Qoç həmişə istəyir ki, onun dəmir atının salonu onda romantik fikirlər və gözəl xatirələr oyatsın.

BUĞA


Buğalar gözəllik və harmoniyanı sevirlər. Onlar komforta üstünlük verirlər. Avtomobilin salonunun gözəl dizayna malik olması onlar üçün vacibdir. Maşının içərisi rahat olmalıdır. Salonda talisman kimi, balaca lakin mütləq qızıl buğa və ya simvolik bayquş şəkli olmalıdır. Buğa bu bürcün əsas simvoludur. Buğalar güclü və dözümlü insanlar olmaqla, məqsədlərinə çatmaq üçün güclərindən istifadə edirlər. Buğalar olduqca inadcıldırlar və maneələrə baxmayaraq cəsarətlə arzuolunan hədəflərinə doğru gedirlər. Buğa bürcü qədim zamanlardan var-dövlət,şöhrət və əmin-amanlıq simvolu kimi tanınır. Buğalar səs-küyü, mübahisəni, lazımsız təlaşı xoşlamırlar, tələsməyin tərəfdarı deyillər, bütün bunlara baxmaraq uzun müddət işləməyi bacarırlar. Avtomobillə uzaq səyahətlərdə Buğalar əvəzedilməzdirlər. Onlar lazımi yerə çatana kimi, tələsmədən eyni sürətlə hərəkət edirlər. Onları tələsdirməyin. Buğalar instinktiv olaraq təhlükəsizliyə və stabilliyə can atırlar. Bu səbəbdən onlara uyğun avtomobillər bunlardır : Volvo, Toyota, Subaru, Mitsubishi.

ƏKİZLƏR

Əkizlər çox söhbətcildirlər, onlar başqasının həyatına göz gəzdirmək məqsədilə insanları söhbətə cəlb etməyi xoşlayırlar. Əkizlər, bir qayda olaraq, olduqca çalışqandırlar. Avtomobildə keyfiyyətli CD pleyer, radio və ya maqnitola olması vacibdir. Əkizlər yaxşı sürücü və uğurlu taksistlərdir. Onlarda avtomobilist üçün olduqca vacib bir xarakterik xüsusiyyət var- gərgin anlarda sakitliyi qorumaqla tez və düzgün qərarlar qəbul etməyi bacarırlar. Ancaq, Əkizlər bürcündən olan sürücülər yola tək çıxmağı sevmirlər. Bu onları qıcıqlandırır. Əkizlər üçün maşında yol xəritəsi olması arzuolunandır, onlar müxtəlif marşrutlarla yeni eksperimentləri sevirlər. Əkizlərə uyğun avtomobillər: Lexus, Bentley, Mazda, Audi, Ford. Əkizlər, ən temperamentli sürücülərdir. İşıq siqnalı onlar üçün oyuncaqdır, səsli siqnal – avtomobilin ən vacib hissəsidir! Ən böyük üstünlükləri isə budur ki, Əkizlər tez reaksiya verə bilirlər.

XƏRÇƏNG

Xərçənglər çox həssasdırlar, güclü intuisiya sahibidirlər və sükanı əllərində möhkəm saxlayırlar. Onlar olduqca mühafizəkar və ehtiyatlıdırlar. Xərçəng – komfortu, avtomobili və digər müxtəlif predmetləri çox sevən bürcdür. Maşına qulluq etmək, Xərçəng üçün çox önəmlidir. Avtomobil onların ikinci evidir. Əlcək yuvasında hər zaman lazım olan hər şey olur. Xərçənglər avtomobilləri ilə öz uşaqları kimi rəftar edirlər. Onun nazı ilə oynayır və əzizləyirlər. Avtomobildə tutumlu yük yerinin olması Xərçənglər üçün çox vacibdir. Xərçəng üçün vacib yerlərdən biri – onun qarajıdır, o həmişə maşının təhlükəsizliyindən əmin olmaq istəyir. Bəzən həddindən artıq ehtiyatlı olsalar belə, Xərçənglər yaxşı sürücülərdir. Xərçəngin devizi – az aşım, ağrımaz başım. Onlar ifrat maşınlı yolları xoşlamırlar və tıxaclarda qalmaqdansa, narahat və dolayı yollarla getməyə üstünlük verirlər. Xərçənglərə uyğun avtomobillər: Nissan, Chrysler, BMW.

ŞİR

Şir- təbiətin böyük oyuncağıdır. Şirlər təmtərağı sevirlər, gözəl bağlamalar onları başdan çıxarır. Onlar üçün diqqəti özünə çəkmək əsasdır, bunu onların əvəzinə avtomobilləri edirsə, bu Şirləri ancaq məmnun edir. “Sürət həddini aş, kədərdən uzaqlaş”- daim müsbət əhval-ruhiyyədə olan Şirin devizidir. Küçə – onun özünü göstərib əvəzində hörmət gözlədiyi mülküdür. Buna görə də, o, cəlbedici avtomobilləri xoşlayır. Şir olasan romantik sevgidən imtina edəsən? Elə bu səbəbdən, o çox düşünmədən italyan markası “Alfa Romeo”nu seçir. Əgər Siz dəcəl Şirsinizsə – “Skody”ni seçin. Sərt və coşqunsunuzsa – Jaquar götürün. Ağıllısınızsa, cəmiyyətin nadir tapıntılarından olduğunuzu düşünürsünüzsə, Cadillac əldə edin- nə qədər uzun olsa, bir o qədər yaxşı. Şirin avtomobilinə güclü motor lazımdır, mahnıdakı kimi, “ürək deyil – alovlanan motordur!” Sükan qızıldan və brilliant qaşlardan olmalıdır. Uzun sözün qısası, Şirinki maşın deyil, oyuncaqdır!!!

QIZ

Qız- yol hərəkəti qaydalarını nöqtəsinə kimi dəqiq bilən ağıllı və təcrübəli sürücüdür. Qızlar qəza hallarına ən az meyilli sürücülərdir, onların diqqəti və konsentrasiyası sükan arxasında birə beş artır. Onlar eyni vaxtda bir neçə işi görə bilmirlər, bu səbəbdən sükan arxasında ikən diqqətlərini yayındırmamağa çalışırlar. Qızlar özlərinə ən yaxşı buraxılışı alırlar və səliqəsizliyi sevmirlər. Olduqca yığımcıl olduqlarından, bütün hallarda istifadəyə yararlı olan və münasib qiymətli ekonom klass avtomobillərə üstünlük verirlər. Lakin seçim etməzdən əvvəl uzun müddət bahalı avtomobillərin qiymətləri ilə maraqlanırlar. Qızlara məsləhət görürük: Hyundai Accent, Daewoo, Chevrolet, Kia Rio. Bütün Qızlar vasvasıdırlar, bəzən ən incə detallara belə toxunurlar, bu səbəbdən onların avtomobilləri həmişə bərq vurur .

TƏRƏZİ

Tərəzilər- təhlükəsizlik qaydalarına riayət etməyin ən aktiv tərəfdarlarıdırlar (teorik olaraq). Onların bircə zəif cəhəti var: gecə səyahətlərində xəyallara dalırlar. Tərəzi bürcü altında doğulmuş avtomobilistlər, maşın seçərkən çox vaxt çətinlik çəkirlər. Tərəzilər uzun müddət tərəddüd edirlər, ölçüb biçirlər, düşünürlər, belə ki, daha çox avtomobillərinin rahatlığına diqqət yetirirlər. Onlar avtomobilə onun tutumluluğuna və xarici görünüşünün estetikliyinə görə qiymət verirlər. Tərəzilər elit avtomobilləri arzulasalar da, hər zaman bu yöndə seçim edə bilmirlər. Tərəzilər özlərini mavi, yaşıl və ağ rəngin bütün çalarlarında olan avtomobillərdə rahat hiss edirlər. Onlara uyğun olan avtomobil markaları: Mercedes, BMW, Alfa Romeo, Mitsubishi Lancer.

ƏQRƏB


Əqrəb öz avtomobili ilə digər şəxslərin öz otbiçən maşınları ilə davrandığı kimi davranır. O, küçədə yol hərəkəti qaydalarına yaxşı bələddir və əyləc məsafəsini anında təxmin edə bilir. Lakin Əqrəb riskə meyillidir. Avtomobil aldıqda maksimal sürətini mütləq yoxlayır. Əqrəbin mühiti – instinktinin onu arxayın hiss etdirəcəyi uzun və enli prospektdir. Ta ki, kimsə onu ötüb keçənə kimi. Əqrəblər belə sürücünü bağışlamırlar! Yarış başlayır! Əqrəbə uyğun olan avtomobil markaları bunlardır: BMW, Mercedes, Cadillak BLS, Lexus, Opel, ən yaxşısı Hummer!!! Əqrəblər öz avtomobilləri ilə qürur duyur və sürücülük məharətləri ilə lovğalanırlar. Onlar doqquz canlı olurlar və ən ağır qəzalardan tək cızıq belə almadan çıxırlar. Bəxt Əqrəblərlə zarafatlaşmağı xoşlayır, onlar tez-tez tıxaclara düşüb saatlarla gözləməli olurlar, bu isə, Əqrəblər üçün dözülməzdir axı!

OXATAN


Oxatan necə həyat tərzi keçirirsə, eləcə də maşın sürür: daima ötüb keçmə xətti ilə və olduqca yüksək sürətlə. Onun ən sevimli məşğuliyyəti – digər sürücüləri söyməkdir. Lakin heç nəyə baxmayaraq, əgər situasiya bunu tələb edirsə, o özünü toplayıb qərarlı davrana bilir. Avtomobil üçün məsləhətli rənglər: tünd-göy, yaşıl, bənövşəyi və tünd-qırmızı. Oxatanlar mehriban və söhbətcildirlər. Onlar comərddirlər və başqalarını qanadları altına almağı sevirlər. Gəzinti və səyahətlərə meyillilik Oxatanların qanında var. Oxatan bürcü altında əsl sürücülər doğulur. Oxatan üçün başqa birinə avtomobil sürməyi öyrətməkdən daha zövqlü bir iş yoxdur.Oxatan öz maşını haqqında hər şeyi və daha artığını öyrənir. O daim öz avtomobilini necə daha da mükəmməlləşdirməyi düşünür. Oxatanlardan mükəmməl avtomexaniklər və konstruktorlar yetişir. Oxatanlara uyğun avtomobil markaları bunlardır: Renault Megane, Ford Focus. Oxatanlar – özbaşınalığın professionallar üçün olduğunu bilən yaxşı sürücülərdir. Ancaq çoxdanışan olduqlarından , ekspertlər onlara sükan arxasında ikən mobil telefonu unutmağı məsləhət görürlər.

OĞLAQ


Oğlaq yol hərəkəti qaydalarına Bibliyanın ayələri kimi yanaşır. Kaş bütün bürclər özünü Oğlaq kimi aparardı. Sol kənar xəttlə 50 km/saat sürətlə hərəkət etmək? Xeyr –bu onun tərzi deyil! Bu cür hərəkət digərləri üçün ibrətamiz dəyər kəsb etməklə bərabər, daima istənilən məntəqəyə çatmaqda etibarlılıq vəd edir. Oğlaq isə ənənəvi klassik modellərə üstünlük verir. Onun üçün Volkswagen və ya Jeep Cherokee optimaldır. Bu bürc maşının işgüzarlığına tələbkardır. Oğlaq istəyir ki, maşın ömürlük və ya heç olmasa uzun müddət ona xidmət etsin,sakitcə həyat yolunun (trasın) ağırlığına və azalmasına dözsün. Axı Oğlaq bütünlüklə çala-çuxur və geniş yoxuşlu yollarla hərəkət edir. Tərs Oğlaq yerli xəritə və kobud vaxt qrafiki ilə hərəkət edir və maneələrlə dolu keçilməz yollar – onun üçün adi haldır.

DOLÇA


Dolça texnikanın müxtəlif sahələri, o cümlədən avtomobil istehsalı sahəsindəki yeniliklərlə maraqlanır. Dolça avtomobillər haqqında hər şeyi bilə bilər, öz avtomobilindən başqa. O öz avtomobilini təklikdə təmir etməyə heç vaxt cəhd etmir. Dolça bütün avtomobilist dostlarını çağırır və təmir prosesini müşavirəyə çevirir. Dolça sərbəstliyi və sürəti sevir, lakin tez-tez avtomobilinə yanacaq doldurmağı unudur!!! Onun üçün “Hara gedim?” sualı mühüm deyil, onu hərəkət imkanları maraqlandırır. Dolça bütün Avropanı maşınla gəzə biləcək bacarıqdadır. Ona uyğun avtomobil markaları bunlardır: Sedan, Saab, Volvo, BMW və Honda.

BALIQLAR

Balıqlar həyatda olduğu kimi, sükan arxasında da özlərini mülayim aparırlar. Onlar dalğındırlar və digər sürücülərə onları ötüb keçməyə icazə verirlər. Səyahət çox uzun çəksə belə, onlar bunu tamamilə sakit qarşılayırlar. Narahatçılığa səbəb yoxdur, çünki səyahət boyunca onlara qoruyucu mələk bələdçilik edir. Balıqlara mürəkkəb quruluşlu, yerüstü-sualtı qayığa bənzəyən Bugatti və ya Bentley markaları uyğundur. Bu markaların adlarında insanın xəyal gücünü hərəkətə gətirən təsirləndirici bir şey var: xüsusən də bənövşəyi rəng modellərdə! Maşın deyil, nağıldır! Balıqlar avtoyumanı xoşlayırlar, təkcə təmizlik üçün yox – yuma prosesini izləməkdən zövq alırlar. Beləliklə, zərif və axıcı maşın Balıqlar üçün yerinə düşər, hər yerdə sürülə bilən hündür ciplərdənsə, məhz belə modellər təmizlikdən bərq vurmalıdırlar.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.