"Ərim istəsə, müğənniliyi atacam" - Nigar Camal

21 Şubat 2017
1 769
0
"Ərim istəsə, müğənniliyi atacam" - Nigar Camal
“Şou-biznesimiz çox geridədir. Demirəm mən hər kəsdən üstünəm. İstəyərdim ki, şou-biznesə yeni stil gətirək. Mən artıq bu aləmdə öz yerimi tutmuşam. Tarixə öz adımı yazdırmışam”.

Feat.Az-ın məlumatına görə, bu sözləri “Eurovision 2011” qalibi Nigar Camal “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Müğənni həmkarı Aysel Teymurzadə ilə birlikdə çəkdirdiyi fotosundan danışıb. İfaçı həyat yoldaşının Ayselə səhnəyə çıxmaq qadağası qoymasına münasibət bildirib:

“Hava limanında birdən gördüm ki, Murad (Murad Adıgözəlov - red.) və Aysel. Çoxdandır onları görmürdüm. Ərə gedəndə bizim kişilərimiz xanımına oxumağa icazə vermir. Normal haldır, onları başa düşürəm. Əgər mən də çox sevsəm belə addım ataram. Şəxsi həyat daha önəmlidir. Yoldaşım desə oxuma, problem olmaz. Əsas odur ki, xoşbəxt olacam. Tənhalıq hərdən yaxşıdır, hərdən də darıxdırıcıdır”.


axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.