Tuba Büyüküstün Beren Saat və Hazal Kayanı geridə qoydu - FOTO

23 Şubat 2017
2 512
0
Tuba Büyüküstün Beren Saat və Hazal Kayanı geridə qoydu - FOTO
Aktrisa Tuba Büyüküstün həmkarları Beren Saat və Hazal Kayanı geridə qoyub.

Feat.Az axşam.az-a istinadən bildirir ki, türk seriallarının maraqla izlənildiyi Çilidə "Resultados Series Turcas Awards"da ("Türk serialları mükafatları") Tuba Büyüküstün "Ən yaxşı türk aktrisası" seçilib.

Latın Amerikası ölkələrində yayımlanan türk serialları ilə bağlı xəbərlərin və müzakirələrin keçirildiyi minlərlə izləyicisi olan "Series Turcas" səhifəsi keçirdiyi səsvermənin nəticəsini açıqlayıb.

Belə ki, "Ən yaxşı türk aktrisası" nominasiyasında "Kara para aşk" serialından tanıdıqları aktrisa Tuba Büyüküstün 884 səslə birinci, Beren Saat 392 səslə ikinci, Hazal Kaya isə 211 səslə üçüncü olub.

Aktrisanın çəkildiyi "Kara para aşk" və "Asi" serialları isə "Ən yaxşı musiqi" və "Ən yaxşı çəkiliş məkanı" nominasiyalarında da ilk pillələrdə qərarlaşıb.

"Ən yaxşı türk aktyoru" sıralamasında isə ilk üçlükdə Engin Akyürek, Çağatay Ulusoy və Kıvanç Tatlıtuğ yer alıb.

Qeyd edək ki, Latın Amerikası ölkələrində adıçəkilən aktyor və aktrisaların daha əvvəl çəkildikləri serialları yayımlanır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.