Azərbaycanlı məşhurlar formasını necə qoruyur? – SORĞU

05 Mayıs 2017
1 932
0
Azərbaycanlı məşhurlar formasını necə qoruyur? – SORĞU
Daim formda qalmaq və düzgün bədən quruluşuna sahib olmaq hər kəsin arzusudur. Bu hal xüsusilə də göz önündə olan sənət adamları üçün önəmlidir.

Feat.Az
tanınmışların bədən formalarını qorumaq üçün dieta saxlayıb-saxlamadıqlarını və formalarını necə qoruduqları haqqında araşdırmanı təqdim edir.

İlk sualımız müğənni Murad Arifə oldu. O artıq çəkilərindən qurtulmaq üçün dietoloqla işlədiyini dedi: “Mən dietoloq Leyla Zülfüqarova sayəsində sırf pəhrizlə 25 kq itirdim. Hazırda qalıcı pəhrizdəyəm. İtən çəkilər qayıtmayıb”.

Azərbaycanlı məşhurlar formasını necə qoruyur? – SORĞU

Müğənni Aysel Əlizadə: “Dieta saxlamıram, amma yay aylarında az yeyib, qidalanmaya diqqət edirəm. Gündə 1 dəfə yemək yeyirəm, qalan saatlarda isə meyvə və tərəvəz yeyirəm. Bunun effektini də təbii ki, görürəm. Əsas odu ki, yediyim hər şeyin qədərini bilirəm”.

Azərbaycanlı məşhurlar formasını necə qoruyur? – SORĞU

Aparıcı Şəhriyar Əbilov: “Dieta saxlamıram. Formada qalmağımın səbəbi genetikdır. Çalışıram saat 6-dan, 7-dən sonra çörəkli yemək yeməyim. Hər gün yarım saat idman edirdim. O da məni formada saxlayırdı. Amma artıq idmanı buraxmışam”.

Azərbaycanlı məşhurlar formasını necə qoruyur? – SORĞU

Xalq artisti Gülyanaq Məmmədova: “Dieta demək olar ki, saxlamışam. Sadəcə həmişə doğumdan sonra bir az köklük olur məndə. O zaman çörəyi az yeyirəm və gəzirəm. Keyfim yaxşı olanda və yaxşı dincələndə kökəlirəm. Bir az əsəbləşib stress yaşayan kimi arıqlayıram”.

Azərbaycanlı məşhurlar formasını necə qoruyur? – SORĞU

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.