Facebook-un Qurucusu Zuckerberg haqqında Bilmədikləriniz
Buyurun,Mark Zuckerbergin bir çox adamın bilmədiyi maraqlı xüsusiyyətləri...
Liseydə texnologiya sahəsində işləri ilə Microsoft-un diqqətini çəkən Zuckerberg, bu şirkətdən təklif alır. Ancaq gənc ixtiraçı bu iş təklifini rədd edib təhsil almaq üçün Harvarda gedir.
Facebook ilə tanınan Zuckerberg ilk işini orta məktəbdə etmişdi. Zuckerberg orta məktəbdə ZuckNet adlı anlıq mesajlaşma proqramı yaradıb.
Facebook-un logosunun mavi rəngə sahib olmasının səbəbi Zuckerbergin rəng korluğunun olmasıdır.
Antik dillərə olan marağı ilə bilinən Zuckerberg Latınca da öyrənib.
Zuckerberg İngiliscənin xaricində Mandarin dilini də danışa bilir.
Zuckerberg Applenin qurucusu Steve Jobsun izindən getdiyini tez-tez dilə gətirir.
Rəqib şəbəkə Twitteri istifadə edən Zuckerberg, 2009-dan bu yana 19 tweet atdı.
Şəxsi həyatını gözlərdən uzaq yaşamağa diqqət göstərir. Zuckerberg keçdiyimiz dövrdə Havayda 100 milyon dollara bir ərazi satın alaraq, gözlərdən uzaq bir həyat yaşamaq üçün ilk addımını atmışdı.