Möcüzə Kimi !

04 Nisan 2017
2 519
0
Möcüzə Kimi !
Möcüzə Kimi !

Dəhşətli bir avtomobil qəzasında qulağını itirən, adı və yaşı naməlum olan adama qulaq transplantasiya olundu. Feat.Az xarici mətbuata istinadən bildirir ki, qəzadan sonra üzünün sağ tərəfində ciddi izlər yaranan adam saysız əməliyyat olunsa da qulağı olmadığı üçün özünü yarımçıq hiss edirdi.

Möcüzə Kimi !

Üzdə yaranan zərər o qədər böyük idi ki yaraya qulaq tikmək olmurdu. Bu səbəbdən Dr. Guo Shuzhong, çinli adam üçün süni bir qulaq düzəltməyə qərar verdi.

Möcüzə Kimi !

Xəstənin qabırğalarından götürülən qığırdaqlardan 3D texnologiyası ilə düzəldilən həqiqi qulaq ilk əvvəl xəstənin qoluna köçürüldü.

Möcüzə Kimi !

Köçürülmənin uğurlu alınıb-alınmadığını yoxlamaq üçün 2 həftə nəzarətdə qalandan sonra xəstə evə göndərildi.

Möcüzə Kimi !

Mütəxəssislər qulaq başına köçürülənə qədər bir neçə ay qolunda saxlanılmasını məsləhət gördü.

Möcüzə Kimi !

Bu həftə gerçəkləşdirilən 7 saatlıq əməliyyat nəticəsində qulaq qoldan başa nəql edildi. Dr. Guo Shuzhong yeni köçürülmüş qulağın sahibinə müvəffəqiyyətlə uyğunlaşdığını bildirdi.



Əliyeva Günay
Feat.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.