80 yaşlı qadını qonşuya sataşdığına görə qətlə yetirdilər

30 Aralık 2016
1 302
0
80 yaşlı qadını qonşuya sataşdığına görə qətlə yetirdilər
Xudatda 80 yaşlı qadının boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Feat.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib.

İttiham aktına görə, Rafiq Şıxverdiyev qonşusunu mübahisədən sonra öldürüb. Mübahisəyə səbəb isə 80 yaşlı qoşusu Fatma İbrahimxəlilovanın R.Şıxverdiyevi ələ salması olub. Belə ki, R.Şıxverdiyev həyətdə toyuq kababı bişirərkən arvadı ilə həyətdə mübahisə edib. Toyuqlara yemək vermədiyi üçün arvadı ona irad bildirib.

Ər-arvad arasında başlayan mübahisə qonşunun ölümü ilə nəticələnib. 80 yaşlı qadın hasardan ər-arvadın mübahisəsinə baxıb və onlara söz atıb. Yaşlı qadının ər-arvadla zarafatı və dediyi sözlər onun son sözləri olub. Toyuq kababı bişirən Rafiq Şıxverdiyev əlində olan bıçaqla qonşusunun boğazına zərbə vurub. 80 yaşlı qadın hadisə yerində ölüb.

Qətli törədən şəxs hadisə baş verən zaman anlaqsız vəziyyətdə olduğunu deyir. Ancaq məhkəmədə ekspertiza rəyi açıqlanıb. Ekspertizanın rəyinə görə, Rafiq Şıxverdiyev qətli törədərkən anlaqsız olmayıb və özünü idarə edə biləcək vəziyyətdə olub.

Məhkəmənin növbəti iclası yanvarın 5-nə təyin edilib.
musavat.com

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.