UEFA Qarabağı ermənilərə verdi?

29 Ağustos 2014
2 646
0
UEFA Qarabağı ermənilərə verdi?
UEFA Qarabağı ermənilərə verdi?

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində dünən keçirilən “Tvente” –“Qarabağ” oyunundan sonra UEFA ərazi bütövlüyümüzü təhrif edib.

Axar.az-ın məlumatına görə, Avropanın futbol qurumunun mərhələnin qalibi olan klubumuzla bağlı məlumatı sosial şəbəkələrdə müzakirə predmeti olub və Avropa mediasında gedən xəbərlər də işlədilən “Azerbaijani side Qarabağ FK” ifadəsini “Azərbaycan tərəfinin“Qarabağ” futbol klubu” olaraq tərcümə edənlər bunu ölkəmizə qarşı təxribat kimi qiymətləndiriblər.

Əslində, ifadə necədir?

İngilis dili mütəxəssisi Sevil Gültən bildirdi ki, “Azerbaijani side Qarabağ FK” ifadəsinə, kontekstdən çıxararaq, siyasi çalar vermək doğru deyil. Cümlənin yükü “Azərbaycan tərəfindən komandanın adı “Qarabağ”dır mənasında işlənib. Yəni oynayan iki tərəfdən biri Azərbaycandır (tutaq ki, Hollandiya tərəfdən də “Tvente”). Eyni qaydada “Şuşa” komandası da demək olardı. Tərcüməçi onu da qeyd etdi ki, bu cümlə ingilis dilinin canlı danışığına daha yaxın ifadədir.

Sosial şəbəkədə gedən bu müzakirəyə ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) da cavabını aldıq. Qurumdan bildirdilər ki, müzakirələrdən xəbərsizdilər:

“Məsələni araşdıracağıq. Əgər belə bir hal varsa, dərhal reaksiya veriləcək və UEFA-ya rəsmi müraciət ediləcək”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.