Millimiz "Avro-2016"ya Məğlubiyyətlə Başladı

09 Eylül 2014
1 656
0
Millimiz "Avro-2016"ya Məğlubiyyətlə Başladı
Millimiz "Avro-2016"ya Məğlubiyyətlə Başladı

Azərbaycan millisi "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası evdə Bolqarıstan yığmasını qəbul edib. Bu, hər iki komanda arasında ilk rəsmi matç olub. Görüş millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın yeganə qolunu 54-cü dəqiqədə Dmitri Nazarov vurub.
Qeyd edək ki, millimiz seçmə mərhələdə ikinci matçını oktyabrın 10-da, səfərdə İtaliyaya qarşı keçirəcək.

9 sentyabr
"Avro-2016"nın seçmə mərhələsi
21:00. Azərbaycan - Bolqarıstan - 1:2
Qollar:İliyan Miçanski, 14 (0:1),Dmitri Nazarov, 54 (1:1), Ventsislav Xrisov, 87 (1:2)
Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi (hamısı İsraildəndir)
Bakı. 8-ci km qəsəbə stadionu.
Azərbaycan: Kamram Ağayev, Qara Qarayev, Mahir Şükürov, Bədavi Hüseynov, Rəşad F Sadıqov (k), Ruslan Abışov, Ufuk Budak, Dmirti Nazarov, Vaqif Cavadov, Rüfət Dadaşov, Rauf Əliyev
Bolqarıstan: Vladislav Stoyanov, Straxil Popov, Nikolay Bodurov (k), Stanislav Manolev, Veselin Minev, Georgi Milanov, Vladimir Qadjev, Svyatoslav Dyakov, Georgi İliyev, Mixeail Aleksandrov, İliyan Miçanski
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.