“Qarabağ”ın Avroliqada ilk xalı
Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün qrupda ilk oyununu keçirib.
F qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası öz meydanında Fransanın “Sent Etyen” klubu ilə qarşılaşıb. Tarixində ilk dəfə qrup mərhələsinə yüksələn Ağdam təmsilçisi azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışacaqdı. Bu matçda "Qarabağ" 0:0 hesabı ilə bərabərə qalıb.
Qeyd edək ki, qrupun digər oyununda Ukraynanın “Dnepr” klubu İtaliya “İnter”ini qəbul edəcək.
18 sentyabr
Avropa Liqsının qrup mərhələsi
F qrupu
21:00.”Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) - 0:0 Hakimlər: Steven Maklin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 70. Çumbinyo, 41. Leroy Corc
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 11. Danilo Dias, 7.Namiq Yusifov, 17.Vüqar Nadirov, 99. Namiq Ələskərov
"Sent Etyen": 16. Stefan Ruffier, 20. Conatan Brison, 23. Paul Baysse, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 8. Benjamin Korqne, 10. Renaud Çohade, 19. Florentin Poqba, 7. Maks-Alain Qradel, 9. Mevlut Ərdinç, 22. Kevin Monnet-Paket
Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. François Klerk, 32.Jerrold Nyemek, 18. Fabien Lemoine, 28. İsmail Diomande, 11. Yohan Mollo, 12. Allan Sent-Maksimin