Lionel Messidən yeni rekord

30 Eylül 2014
1 970
0
Lionel Messidən yeni rekord
Lionel Messidən yeni rekord

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının üzvü İspaniya La Liqasının VI turunda “Nou Kamp”da “Qranada” ilə baş tutan matçda həm rekord vurub, həm də yubileylə yadda qalıb.

Qarşılaşmanın 62-ci dəqiqəsində fərqlənən Leo karyerasında 400-cü qoluna sevinib. Bundan 20 dəqiqə sonra (82) isə Messi oyunda komandasının 6-cı, özünün isə 2-ci topunu rəqibin qapısından keçirib ki, bu da Lionel üçün əlamətdar olub.

Belə ki, cənubi amerikalı La Liqada 247 dəfə fərqlənib. Bu isə rəqib qapıçılarını 251 dəfə məyus edən Telmo Zarraya bir addımda yaxınlanşdırıb. Onu ispaniyalı əfsanəvi futbolçunun rekordu ilə 4 qol ayırır.

Qeyd edək ki, 4 dəfə “Qızıl top”un sahibi olan Messi karyerasında vurduğu 401 qola 525 matçda imza atıb. Bu toplardan 42-sini isə o, Argentina yığmasının heyətində vurub.“Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının üzvü İspaniya La Liqasının VI turunda “Nou Kamp”da “Qranada” ilə baş tutan matçda həm rekord vurub, həm də yubileylə yadda qalıb.

Qarşılaşmanın 62-ci dəqiqəsində fərqlənən Leo karyerasında 400-cü qoluna sevinib. Bundan 20 dəqiqə sonra (82) isə Messi oyunda komandasının 6-cı, özünün isə 2-ci topunu rəqibin qapısından keçirib ki, bu da Lionel üçün əlamətdar olub.

Belə ki, cənubi amerikalı La Liqada 247 dəfə fərqlənib. Bu isə rəqib qapıçılarını 251 dəfə məyus edən Telmo Zarraya bir addımda yaxınlanşdırıb. Onu ispaniyalı əfsanəvi futbolçunun rekordu ilə 4 qol ayırır.

Qeyd edək ki, 4 dəfə “Qızıl top”un sahibi olan Messi karyerasında vurduğu 401 qola 525 matçda imza atıb. Bu toplardan 42-sini isə o, Argentina yığmasının heyətində vurub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.