"Çempionatın səviyyəsi aşağı düşüb" - Prosineçki

29 Mayıs 2016
1 286
0
"Çempionatın səviyyəsi aşağı düşüb" - Prosineçki

"Çempionatın səviyyəsi aşağı düşüb" - Prosineçki
“Sabahkı(artıq bu gün) oyuna motivasiya yetəri qədər yüksəkdi. Düşünürəm ki, futbolçulara bu oyunun əhəmiyyəti barəsində nəsə xüsusi bir şey danışmağa gərək yoxdu. Daha əvvəl Makedoniya ilə milli səviyyəsində 5 oyun olub ki, onun 4-də biz məğlub olmuşuq, birində isə heç-heçə qeydə alınıb”.

Feat.Az-ın Qol.az-a istinadən məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

“Sabah( artıq bu gün ) birinci növbədə yaxşı oyun göstərmək istəyirik. Komandam hazırda tam heyətlə çalışır, “Neftçi” və “Qarabağ”ın oyunçuları toplanışa qoşuldular. Makedoniya güclü komandadır. Bir neçə oyunçuları İtaliyada oynayır, yaxşı gəncləri var. Bilirik ki, bizi çətin matç gözləyir” – deyə o bildirib.

Millinin çalışdırıcısı onun üçün yaxşı oyunun əsas olduğunu qeyd edib: “Mənimçün sabah nəticə vacib deyil. Əlbəttə heç kim qələbədən imtina etməz, ancaq bu toplanışdı – yoxlama və sınaqlar seçmə mərhələyə hazırlıq üçündür. Mənim üçün əsas vacib olan DÇ-2018-in seçmə mərhələsində ilk matçda San Marinoya qalib gəlməkdir”.

Xorvatiyalı mütəxəssis Premyer Liqanın vəziyyəti haqqında da fikir bildirib: “Son vaxtlar bir çox klublarımızda maliyyə problemləri yaşanır ki, buna görə də çempionatın səviyyəsi aşağı düşüb. Mən Azərbaycana gələndə tamamilə fərqli “Neftçi” və “İnter” gördüm. “Xəzər Lənkəran”ın olmaması Azərbaycan futbolu üçün böyük itkidir. Ümid edirəm ki, maddi vəziyyət düzələcək və hər şey yaxşılığa doğru dəyişəcək. “Qarabağ” bu mövsüm rəqabətsiz və öz oyununu göstərə bilməyərək çempion oldu. Birinciliyin səviyyəsi qalxsa, bu, milliyə də yaxşı təsir edəcək".

Mənim üçün çempionatın səviyyəsi çox önəmlidir. İstərdim ki, gələn mövsüm 10 komandalıq birincilik izləyək”.



Robert Prosineçki əcnəbi futbolçuların yığmaya cəlb edliməsi barəsində suala belə cavab verib: “Milliləşdirmə asan yoldu. Əlbəttə, əgər əcnəbilərdən kimsə, millini gücləndirə biləcəksə, bu yaxşı olar. Ancaq gəlin uşaq futboluna diqqət ayıraq. Öz Almeydamızı və Reynaldomuzu yetişdirək”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.