Əfsanəvi boksçu vəfat edib

04 Haziran 2016
2 054
0
Əfsanəvi boksçu vəfat edib
Əfsanəvi boksçu vəfat edib
Əfsanəvi boksçu Məhəmməd Əli dünyasnı dəyişib. Feat.Az Apasport.az saytına istinadən xəbər verir ki, bir neçə gün öncə ABŞ-da xəstəxanaya yerləşdirilən sabiq idmançı 74 yaşında vəfat edib.

Məhəmməd Əlinin ağciyərlərində və nəfəs yollarında problem yarandığından, reanimasiya şöbəsinə köçürülmüşdü. O, intensiv nəzarət altında olsa da, həkimlərin səyi nəticə verməyib.

Uzun müddətdi Parkinson xəstəliyindən əziyyət çəkən rinqlərin keçmiş ustasının ağciyərlərində yaranan problemlərin ağırlaşması da bununla əlaqədar idi.

1942-ci il yanvar ayının 17-də dünyaya göz açan və əsl adı Kassius Marsellus Kley olan Məhəmməd Əli 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə isə WBA versiyası üzrə dünya birincisi adını qazanıb.

Qeyd edək ki, o, 1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra İslam dinini qəbul edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.