Azərbaycan futbolu azarkeşləri üçün vikipediyada maraqlı yeni məqalə!

04 Haziran 2016
1 938
0
Azərbaycan futbolu azarkeşləri üçün vikipediyada maraqlı yeni məqalə!


Feat.Az saytının idman xəbərləri bölməsinin baş redaktoru Elvin Nəsibov vikipediyada maraqlı məqalə ərsəyə gətirib. Belə ki, əməkdaşımız Azərbaycan çempionatları tarixindəki bombardirlər, daha çox qol vuran futbolçularla bağlı maraqlı bir məqalə hazırlayıb və istifadəçilərlə bölüşüb. Artıq bu mövzu ilə bağlı istədiyiniz statistik məlumatı Vikipediya Azərbaycan səhifəsində “Azərbaycan Futbol Liqası Bombardirləri” başlığı altında axtararaq əldə edə biləriniz. Onu da qeyd edək ki, əməkdaşımız məqaləni hazırlayarkən Peşəkar Furbol Liqasının rəsmi saytındakı arxivlərə və Apasport saytında daha öncə bu mövzu ilə bağlı olan araşdırmaya istinad edib.

Qısaca olaraq onu bildirək ki, məqalədə Azərbaycan Premyer Liqasında bir mövsüm ərzində ən çox qol vuran oyunçuların mövsümlərə görə sıralaması, ən çox qol vuran legionerlər, 100 qol səddini keçən futbolçular və digər statistik məlumatlar qeyd olunub. 1992-ci ildən başlayan liqanın ilk bombardiri 33 oyuna 39 qol vuran Nazim Əliyevdir. Son bombardiri isə 2015-2016 mövsümündə 15 qol vuran Qarabağın futbolçusu Dani Kintanadır.

Bu günə qədər 21 fərqli futbolçu ən çox qol vuran futbolçu adına yiyələnib. 3 dəfə bombardir olmağı bacaran Nazim Əliyev ən çox bu adı qazanan futbolçudur. 2 dəfə bombardir olan Zaur Ramazanov isə bu kateqoriyada ikincidir. İlk dəfə bombardir olan legioner futbolçu Şəmkirin heyətində 1999-2000 mövsümündə 16 qol vuran Badri Kvaratsxeliya olmuşdur.

5 mövsümdə bombardir məhz Neftçi klubun futbolçusu olmuşdur ki, bu kateqoriyada Neftçi birincidir. İkincilik isə Qarabağdadır. 4 fərqli mövsümdə qol kralı Qarabağın heyətindən olan futbolçu olmuşdur.

Daha ətraflı məlumat üçün qeyd olunan aşağıdakl linkə daxil olun:

https://az.wikipedia.org/wiki/Azərbaycan_Futbol_Liqası_Bombardirləri
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.